Azərbaycan Xalq Cümhuriyyəti generalları — 1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən, lakin özündən sonra zəngin irs qoyan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) digər dövlət atributları ilə yanaşı Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. O zaman Türkiyə Azərbaycan dövlətinə ordunun yaradılmasında mühüm dəstək verib.

1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası qurulanda general Xosrov bəy Sultanov Cümhuriyyətin ilk hərbi naziri olub. O zaman hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi.Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 19—20Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 43—55

Nəhayət 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.

Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildiР. Оруджев. Погранслужбе — 91 год . 2010. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Məhəmməd bəy Sulkeviç (bəzi mənbələrdə Süleyman Sulkeviç.) isə baş qərargah rəisi təyin olundu.

O zaman Milli Ordunun qarşısında duran ilk vəzifə ölkəni daşnak-boşevik işğalından azad etmək idi. Milli Ordu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu birgə buna nail ola bildi. 1918-ci il iyunun 4-də Türkiyə ilə imzalanan müqaviləyə əsasən, qardaş ölkə Azərbaycana ilk hərbi yardım göstərib. 1918-ci il iyulun 11-də Milli Orduya çağırış haqqında ilk əmr verilib və 24-29 yaşlı oğlanlar səfərbər edilib. 1918-ci ilin iyununda Gəncədə hərbi məktəb yaradılıb.Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 95—98

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra milli hökumət Xəzər hərbi donanmanı yenidən qurub.

1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə Milli Ordunun piyada və atlı polklarıАзербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 325, artilleriya briqadası, diviziyası yaradılıb.Азербайджанская Демократическая Республика (1918―1920). Армия. (Документы и материалы). Баку, 1998, с. 105—108

Ordunu silah-sursatla təmin etmək məqsədi ilə hökumət 1920-ci ilin yanvarında hərbi-sənaye kompleksinin yaradılması haqqında qanun layihəsi hazırlayıb.

AXC-nin ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən olub. O zaman daxili və xarici düşmənlər AXC-nin gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin təəssüf ki, 1920-ci il ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.

Siyahı Nömrə Fotoşəkli Adı Doğulduğu tarix Doğulduğu yer Vəfat tarixi Vəfat yeri Fəaliyyəti1150x150pxSəməd bəy Mehmandarov16 oktyabr 1855LənkəranRusiya İmperiyası12 fevral 1931BakıAzərbaycan SSRSSRİ1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni, habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə" sözləri yazılmış qızıl qılınc almışdır. Port Artur müdafiəsinə görə Səməd bəy Mehmandarova verilən xatirə medalı. Azərbaycan Tarixi Muzeyində saxlanılır.Nuranə Nəcəfova, "Cümhuriyyət ordusunun memarı", Bütöv Azərbaycan qəzeti, №42 (174), 5–11 dekabr 2012-ci il, səh. 13. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2005. s. 1792150x150pxƏliağa Şıxlinski3 mart 1863Aşağı SalahlıQazax qəzasıYelizavetpol quberniyasıRusiya İmperiyası18 avqust 1943Bakı Azərbaycan SSRSSRİArtilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.3150x150pxXosrov bəy Sultanov10 may 1879KürdhacıQasımuşağı obasıHacısamlı nahiyəsi Zəngəzur qəzasıYelizavetpol quberniyası Rusiya İmperiyası7 yanvar 1943Köçqoy kəndiQarsTürkiyəXosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.4150x150pxİbrahim ağa Vəkilov7 may 1853Qazax qəzasıYelizavetpol quberniyasıRusiya İmperiyası2 iyun 1934BakıAzərbaycan SSRSSRİOrta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalışır. Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir.Protocols of Muslim Faction of Transcaucasian Seym and Azerbaijan National Council. 1918. Baku, Adiloglu, 2006 (di Azerbaijan dan Rusia)5150x150pxHəbib bəy Səlimov8 fevral 1881İrəvan quberniyası30 dekabr 1920BakıRusiya İmperiyasıHəbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib. Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında "Əsgəran müharibəsi" adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır."Каспий" 6 марта 1916 г., №53Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 196

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin generalları Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycanlıların siyahıları