Nigar Vəli qızı Axundova () — sənətşünaslıq üzrə fəlsəfə doktoru (1995), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Həyatı 1953-cü il mayın 27-də anadan olub. Vəli Axundovun qızı, anası Sara Axundova Ağaoğlulardandır.

Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Əsərləri Qadınlar musiqidə. "Musiqi dünyası" jurnalı, №1, 1999; Ex orient a lux. /ing. dil./ "Caspian" jurnalı, B., 1999; Lüsernada keçirilən musiqi festivalı "Composer in residence" - Firəngiz Əlizadə. "Musiqi dünyası", №1, 2000; Azad Əliyevlə müsahibə /İfaçılıq rubrikasında/. "Musiqi dünyası", №2, 2000.

İstinadlar

Kateqoriya:Axundovlar (Bakı) Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Azərbaycanlı musiqişünaslar