Doboy (, , ) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur.

Tarixi Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış. Slavyanların VI əsrdən sonra bu bölgəyə gəlməsi nəticəsində Canabea Usor banovinasının ərazisinə daxil edilmiş.

Birinci Dünya müharibəsi illərində Doboy ərazisində serblər üçün ən böyük avstriya həbs düşərgəsi yerləşirdi. Düşərgədə 46 min insan qeydə alınmış.

İkinci dünya müharibəsində Doboy vacib partizan hərəkatı mərkəzi hesab olunurdu. Şəhər 1945-ci il 17 apreldə azad edilmiş.

Bosniya müharibəsi zamanı şəhərə serblər nəzarət edirdilər. Deyton müqaviləsi nəticəsində Doboy və şəhərin əksər icması Serb Respublikası ərazisinə daxil edilmişdir.

Əhalisi Doboy icmasının (munisipalitet) əhalisi 1991-ci ilin məlumatına görə 102 549 nəfərdir. Milli tərkibcə bosniyalılar və serblər üstünlük təşkil edir. Doboy şəhərinin əhalisi 1991-ci ildə 27 498 nəfər idi. Bosniyalılar 11 154 (40,56 %), serblər 8 011 (29,13 %) , 4 365 (15,87 %) nəfər özünü yuqoslav kimi elan etmiş, xorvatlar isə 2 714 (9,87 %) nəfərdir.

Müasir dövrdə şəhər əhalisinin sayında serblər üstünlük təşkil edir. 2013-cü ilin əhalinin siyahıəya alınmasına görə şəhər əhalisi 26 987 nəfər, icma isə — 77 223 nəfərdir.

Şəkillər

İstinadlar

Kateqoriya:Serb Respublikasının şəhərləri