Ufa dəmiryol körpüsü (, ) — Ağidel çayının Ufa şəhərindən axan hissəsi üzrərində inşa edilmiş dəmiryol körpüsü.

Tarixi Ufa dəmiryol körpüsünün tikintisinə 1886-cı ildə başlanmışdır. Tikinti işləri 1888-ci ildə tamamlanmışdır. Körpü dəmir yolunun Ufaya çəkilişini təmin etmişdir. Sonradan isə bu xətt Çelyabinskə (1892) qədər uzadılmışdır.

left|thumb|Körpünün aşılış mərasimi, 8 sentyabr 1888|380 px Aşırımlı körpünün layihəsini Nikolay Belelyubski 1884-cü ilin nörmativləri əsasında hazırlamışdır. Tikilidə lazım olan hissələri Votnik zavonunda hazırlayırdılar. Belelyubski körpüdə özünün yeni ixtira etdiyi tenikianı tətbiq edir. 1890-cı ildə təşkil edilən Edinburq sərgisində bu dizayn Qızıl Medal ilə mükafatlandırıldı və daha sonra "Rusiyasayağı dəstək növü" adı altında xaricdə yayıldı.

8 sentyabr 1888-ci ildə körpünün açılışını Dəmir yolları naziri admiral Kostantin Poset etmişdir. Körpüdə əlavə piyada keçidi də vardı.

Körpünün sxemi — hərəsinin arasında 109,25 metr məsafə olan 6 aşırım.

left|thumb|Ufa dəmiryolu körpüsü 1919 1919-cu ildə Vətəndaş müharibəsi zamanı, altıncı aşırım kolçaklar tərəfindən partladılmış və dağılmışdır Körpünün bərpası iki mərhələdə aparılmışdır. Əvvəlcə aşırım hazırlanmış, sonra isə əsaslı təmir edilmişdir. 10 oktyabr 1919-cu ildə Vladimir Lenin tərəfindən körpünü bərpa edən işçilər təbrik ediir.

Əsaslı təmir edilərkən professor Lavr Proskuryakovun dizaynının istifadə edilməklə edilmişdir. Diqqətlə hazırlanan layihə qatar yolunda minimal fasilə ilə təmin etdilmışdır.

XX əsr ərzində körpü dəfələrlə möhkəmləndirilmiş və ya təmir edilmişdir. 1937-1939-cü illər ərzində aşırım strukturlarının böyük ölçüləri aradan qaldırılması və gücləndirici metal əlavə edilməsi çəkisi 4% -ə qədər gücləndirilir. 1949 - 1951-cu illərdə isə körpüdə təmir işləri aparılmışdır.

Maraqlı fakt right|thumb|600 px

1888-ci ildə Dyoma çayı üçün süni yataq qazılmışdı; müasir avtomobil körpüsündən yüz metr aşağıda başlayır və Ağidel istiqamətində birbaşa axır. Bu kanal Dyoma üərində belə bir dəmir yolu körpüsünün qurulmasından qaçınmaq üçün qazılmışdır.

Körpünün ilk rəngli fotosunu 1910-cu ildə Sergey Qorski çəkmişdir. Qalereya

Mənbə Körpü İstinadlar

Kateqoriya:Ufa tikililəri Kateqoriya:Ufada nəqliyyat Kateqoriya:Dəmiryol körpüləri