"Mustafa" mükafatı — müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə İran tərəfindən təsis edilən beynəlxalq elmi mükafat.
Məqsədlər
Namizədliklər
Kateqoriyalar
Tələblər İran KİV-lərinin verdiyi məlumata görə, mükafata İslam peyğəmbərinin adlarından biri olan "Mustafa" ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edəcək.
İran ilk "Mustafa" mükafatını 2015-ci ildə "İslami birlik həftəsi"ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək.
Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.http://www.interpress.az/news.php?id=1063#.Us6cOdpa9c0
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq mükafatlar Kateqoriya:İran mükafatları Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatı