Toğrul Erat () — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi.
Karyera Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010–2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur.
Milli komanda 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur. Millinin debüt oyununda Toğrul İsrail millisinin qapısına yol tapır. Növbəti oyunda Toğrul Norveç millisi ilə oyunda dubl edir və millinin 3–1 hesablı qələbəsini təmin edir.
İstinadlar
Xarici keçidlər
Toğrul Erat statistika
Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Türkiyə 2-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular