A — Qaraqan tərəfindən yazılmış roman. Milli Kitab Mükafatı laureatı.

Məzmun

Tam xaos. Paranoya. Həyatdan bezmiş bir qrup gənc dünyanın xilasını onun məhvində görür. Müasir Bakı, cağdaş problemlər. "Biz dünyaya niyə gəlmişik?" Ən dərin fəlsəfi suallara ən sərt cavablar. A kimdir? O nə etmək istəyir? Kontrkultura, alternativ düşüncə. Ən dəhşətli yanğınlar kiçik qığılcımdan başlayır.

Qəbulu Bəzi şəxslər əsəri Paulo Koelyonun "Portobelli cadugər" romanı, bəziləri isə Çak Palanikin "Döyüşçü klubu" romanı, yaxud da kinossenarist Cim Ulsun roman əsasındakı ssenarisi üzrə rejissor Devid Finçerin eyniadlı filmindən plagiat olduğunu iddia ediblər. Qaraqan və bəziləri əsərin plagiat olması iddiasını rədd etmişdir. video 13.07.2010

Əsərin 2010-cu ildə ilk dəfə təşkil olunan Milli Kitab Mükafatını qazanması bəzi şəxslər tərəfindən tənqid olunmuşdur.

Mükafatları Əsər 2010-cu ildə ilk dəfə təşkil olunan Milli Kitab Mükafatının qalibi olmuşdur. Bəzi şəxslər bu hadisəni tənqid etmişdir.

Həmin il əsər III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin birinci mərhələsinin "2010-cu ilin ən yaxşı romanları" nominasıyasında 6 qalib romandan biri olub.

Həmçinin bax Art və Xaos

İstinadlar

Xarici keçidlər Qaraqan-ın rəsmi saytında A

Kateqoriya:2010-cu ilin kitabları Kateqoriya:2012-ci ilin kitabları Kateqoriya:Azərbaycan dilində kitablar