Əskişəhərspor və ya digər adı ilə "Es-Es". 19 iyun 1965-ci ildə Əskişəhərdə qurulan və bir müddət Türkiyə Liqasında mübarizə aparan və hazırda 3-cü Liqasında çıxış edən idman klubudur. Cəmi 6 kubokla Türkiyənin ən çox kubok qazanan 5-ci komandasıdır. Türkiyənin Əskişəhər vilayətini təmsil edir. Əskişəhərspor klubu şəhərin Akademiya Gənclik, İdmanyurdu və Yıldıztəpə klublarının birləşməsi ilə yaradılıb. Klubun rəngləri qara-qırmızıdır.
Tarixi 1963-cü ildə akademiyalar arası futbol üzrə Türkiyə çempionatı təşkil olundu. Əskişəhər Ticarət Elmlər Akademiyası finalda Ege Universitetini 6–0 hesabı ilə məğlub etdi. Matçın bitməsindən sonra müşahidəçi Burhanəddin Türkər komandanın rəhbəri Nafiz Yazıcıoğluna yaxınlaşaraq qulağına bu sözləri dedi: "Belə bir heyət varsa, niyə 2-ci Liqaya qatılmırsınız?"
Əskişəhərspor 1965-ci ildə yaradılıb və onun prezidenti vəzifəsinə Əziz Bolel təyin edilib. Akademisporun bir çox futbolçusu Əskişəhərspor'un formasını geyinir. Komandanın rəngləri qara və qırmızı olaraq müəyyən edilib. Əskişəhərsporun məşhur ləqəbi və şüarı: "Es Es Es Ki Ki Ki Eski Eski Es!". Yarandığı ilk gündən bu şüar populyar hala gəlmişdir.
Stadion Əskişəhərspor 2016-cı ilin noyabrından ev oyunlarını Yeni Əskişəhər Stadionunda keçirir. Yeni Əskişəhər Stadionunun tamamlanması və açılışı ilə Əskişəhər Atatürk Stadionu bu tarixdən etibarən istifadə edilmir.
Liqa mübarizələri Super Liqa: 30 mövsüm 1966–1982, 1984–1989, 1995–1996, 2008–2016 1-ci Liqa: 20 mövsüm 1965–1966, 1982–1984, 1989–1992, 1993–1995, 1996–2001, 2006–2008, 2016–2021 2-ci Liqa: 6 mövsüm 2001–2006, 2021–2022 3-cü Liqa: 3 mövsüm 1992–1993, 2022—2023, 2025- Regional Həvəskarlar Liqası: 2 mövsüm 2023–2025
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:1965-ci ildə yarananlar Kateqoriya:Türkiyə futbol klubları