Mirzə Əbülqasim Mirzə İsa oğlu Fərəhani (; 1779–1835) — İranın baş naziri.

Həyatı Mirzə Əbülqasim Fərəhani 1779-cu ildə İranın Ərak əyalətində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Qaemməqam ləqəbini daşıyırdı.

Qayemməqam Abbas Mirzənin islahatlarını daha da genişləndirərək, bütün İranda Avropa tipli ordu yaratmış, hərbi sənayenin və toxuculuq sənayesinin əsasını qoymuşdu.

Mirzə Əbülqasim Fərəhani Məhəmməd şah Qacarın dövründə sədri-əzəm (baş nazir) vəzifəsini daşımışdı.

Mirzə Əbülqasim Fərəhani 1835-ci ildə Tehranda vəfat edib.

Ailəsi Mirzə Əbülqasim Əli adlı oğlu vardı.

İstinadlar

Həmçinin bax Mirzə İsa Fərəhani

Xarici keçidlər İranın baş nazirlərı

Kateqoriya:Ərakda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:İran şəxsləri