Kirk Duqlas (, ilk adı İssur Danieloviç, ; ) — amerikalı kino və teatr aktyoru, kinoprodüser və ssenarist. Hollivudun "qızıl erası"ndan indiyədək sağ qalan son ulduzlardan biri. Onun məşhur filmləri arasında Keçmişdən (1947), Çempion (1949), Ace in the Hole (1951), Pis və gözəl (1952), 20000 lye su altında (1954), Yaşamaq yanğısı (1956), Şöhrətin yolları (1957), OK korralında atışma (1957), Vikinqlər (1958), Spartak (1960), Cəsurlar tənhadır (1962), Mayda yeddi gün (1964), The Heroes of Telemark (1965) və Sərt oğlanlar (1986).
O, Amerika Kino Akademiyasının Amerika kino tarixinin ən yaxşı kişi ekran əfsanələri siyahısında 17-ci yerdədir və bu, siyahıdakı hələ də həyatda olan şəxslər arasında ən yüksək göstəricidir. Kinodakı 50 illik əməyinə görə 1996-cı ildə o, fəxri Oskar mükafatına layiq görülmüşdür.
Filmoqrafiya Yaşamaq yanğısı (film, 1956) / Lust for Life
İstinadlar
Xarici keçidlər
Kirk Douglas´ entries on Huffington Post Profile at Turner Classic Movies An Interview with Kirk Douglas
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Aviaqəzalarda sağ qalmışlar Kateqoriya:Qızıl Qlobus mükafatı laureatı prodüserlər Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ blogerləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Avtobioqrafiyalar Kateqoriya:İkinci Dünya müharibəsi