Conatan Uillyam Lipniki (; d. 22 oktyabr 1990-cı il) — Amerikalı kino aktyor. Conatan «Cerri Maguayer», «Stüart Littl» və «Mayk kimi» filmlərində oynadığı rollara görə məşhurluq qazanmışdı. Bioqrafiya Lipniki Kaliforniya ştatında yerləşən Vest Leyk Villic şəhərində, Cozef və Ronda Lipniki ailəsində anadan olmuşdu. Onun Aleksis adında böyük bacısı var. Lipniki ailəsi yəhudi əsillidir. Conatan Döş xərçəngi və Şəkərli diabet üzrə bir çox Araşdırmalar Fondlarında, Uşaq Ulduz Yarışlarında və buna bənzər bir çox tədbirlərdə iştirak və çıxış etmişdi. O həmçinin Pediatrik Hiropraktika və Ümumdünya Uşaq günü üzrə beynəlxalq məruzəçi qismində seçilib. Dörd köpəyi olan Lipniki bundan başqa həm də heyvan hüquqlarının təşkilində də aktiv iştirak edir.

Conatan hazırda qarışıq döyüş sənəti ilə intensiv məşğul olur və jurnalistlər "bir gün peşəkar səviyyədə döyüş sənəti ilə məşğul ola biləcəyi" barədə ona sual verdikdə, Conatan bildirdi ki, o hal-hazırda bir çox filmlərlə üzərində çalışır və təmamilə peşəkar döyüşlə məşğul olması üçün, o həftənin müəyyən günlərini yalnız özünə ayırmalıdır. Bu hələlik mümkün olmadığından isə, o verilən bu suala nə "hə", nə də "yox" cavabı verir

Karyera 1996-cı ildə Lipniki «Ceri Maguayer» filmində çəkilərək, Rene Zellvegerin oğlu rolunu oynamışdı. Daha sonralar o «Tənha oğlan» filmində, Cek Foksvort şousunda və «Bizim ümidlərimizin yayı» serialında çəkilmişdi. 1997-ci ildə Lipniki Meego adlı sitkomda rol alır. 1999-cu ildə ona opulyarlıq gətirəcək «Stüart Littl» və 2002-ci ildə davamı sayılan «Stüart Littl 2» filmlərində baş rolda çəkilmişdi. Həmçinin 2000-ci ildə o Kiçik vampir adlı macəra filmində rol almışdı.

Filmoqrafiya + Filmlər İl Film Rol Qeydlər 1996 Cerri Maguayr Ray Boyd 1998 Doktor Dolittl Baby Tiger (səsləndirmə) kameo 1999 Stüart Littl George Little Aparıcı rol 2000 Kiçik Vampir Tony Thompson Aparıcı rol 2002 Like Mike Murph 2002 Stüart Littl 2 George Little Aparıcı rol 2003 Zahari Biverin şəhərə gəldiyi zaman Toby Wilson 2005 L.A. Riot Spectakulu Tom Saltine Jr. 2011 Pullara sevgi ilə gənc Yoni 2012 Tag Rush 2013 Bering Sea Beast Joe 2014 Bad Asses Hammer

Televiziya + Televiziya İl Ad Rol Qeydlər 1996– 1997 The Jeff Foxworthy Show Justin Foxworthy 15 epizod recurring role 1997 Meego Alex Parker 13 epizod (main) 1997 The Single Guy Rudy "Big Baby" epizodunda 1997– 2002 The Rosie O'Donnell Show Özünü oynamışdı 2 epizod 2000 Dawson's Creek Buzz Thompson 3 epizod 2002 The Late Late Show with Craig Kilborn Özünü oynamışdı 1 epizod 2002 HBO First Look Özünü oynamışdı "On the Set of 'Stuart Little 2" epizodunda 2002 TV total Özünü oynamışdı 1 epizod 2003 Touched by an Angel Stan "The Good Earth" epizodunda 2003 The Brendan Leonard Show Özünü oynamışdı "Pirates" eizodunda 2003 The Sharon Osbourne Show Özünü oynamışdı 1 epizod 2005 Qriffinlər Wesly (səsləndirmə) "Fast Times at Buddy Cianci Jr. High" epizodunda 2005 Biography Özünü oynamışdı "Child Stars II: Growing Up Hollywood" epizodunda 2006 Kathy Griffin: My Life on the D-List Özünü oynamışdı "Vegas, Baby!" epizodunda 2008 Entertainment Tonight Özünü oynamışdı 1 epizod 2009 Monk Rudy Smith "Mr. Monk Takes the Stand" epizodunda 2009 Glenn Martin DDS Aktyor (səsləndirmə) "Korea Opportunities" epizodunda 2011 The John Kerwin Show Özünü oynamışdı "Ed Asner and Jonathan Lipnicki" epizodunda2013 Family Tools Ryan "Role Model" epizodunda

Mükafat və nominasiyalar

İl Mükafat Kateqoriya Nəticə Qeydlər1997 Critics Choice Award Ən yaxşı uşaq performansı Cerri Maguayr Young Artist Award Film üzrə ən yaxşı performans – Onvə daha artıq yaşlı aktyorlar Young Star Award Dram janrında çəkilmiş film üzrə gənc aktyorun ən yaxşı performansı 1998 Young Star Award Komediya teleseriallarında Baş rol almış gənc aktyor Meego2000 Young Artist Award Film üzrə ən yaxşı performans – Onvə daha artıq yaşlı aktyorlar Stüart Littl Young Star Award Ən yaxşı gənc aktyor/Komediya janrında çəkilmiş film üzrə ən yaxşı performans 2001 Saturn Award Ən yaxşı gənc aktyor Kiçik Vampir Young Artist Award Film üzrə ən yaxşı performans – On və daha artıq yaşlı gənc aktyorlar

Web links Rəsmi saytı

collection of interviews at official site Conatan Lipnikinin Facebook səhifəsi İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ mesenatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Uşaq aktyorlar