Xalid ibn Süfyan Hüzəli (; ) — islam peyğəmbəri Məhəmmədin dövründə Bəni-Lihyan qəbiləsinə mənsub sərkərdə. Məhəmməd Xalidin Mədinəyə hücum etməyi planlaşdırdığını bildirmiş və Nəxlə ilə Urəna əhalisinə cavab olaraq ona hücum etməyi tapşırmışdır. Bu səbəbdən o, 625-ci ildə Abdullah ibn Üneysin yürüşü zamanı onun öldürülməsi üçün Abdullah ibn Üneysi göndərmişdir.Mubarakpuri, The Sealed Nectar, pp. 186-187. (online)

Abdullah ibn Üneys Hüzeyri həyat yoldaşının yanında tapmış və şəxsiyyəti haqqında soruşulduqda, Üneys belə cavab vermişdir:

Sufyan ibn Xalid ona etibar etmişdir. Daha sonra Üneys onunla təklikdə danışmaq istəmiş və söhbət edərkən ibn Xalidlə bir qədər məsafə qət etdikdən sonra əlverişli məqam düşən kimi qılıncla zərbə endirərək onu öldürmüşdür. İbn Xalidi qətlə yetirdikdən sonra başını kəsərək Məhəmmədə gətirmişdir. Məhəmməd mükafat olaraq ona öz əsasını vermiş və bu əsanın qiyamət günündə özü ilə onun arasında bir tanınma əlaməti olacağını bildirmişdir.Mubarakpuri, The sealed nectar: biography of the Noble Prophet, p. 349.Ibn Hisham 2/619Sunnah.org, says Ahmad 3:496, al-Waqidi 2:533, archive

Bu qətl Bəni-Lihyan qəbiləsini bir müddət susdurmaq təsiri göstərmişdir. Lakin Bəni-Lihyan qəbiləsinin digər bir qolu rəhbərləri Xalid ibn Sufyanın öldürülməsinin qisasını almaq istəmiş və bunun üçün yollar axtarmağa başlamışdır.

İstinadlar

Kateqoriya:Məhəmmədin həyatı Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tərcümeyi-halı