Kütbay () — nəbatilərin elm, bilik, ticarət və falçılıq tanrısı.

Yunanlar və romalılar onu Hermes-Merkuri ilə eyniləşdirmişlər.

Kütbay nəbatilərin müqəddəs məbədlərində və düşərgələrindəki yazılarda bir neçə dəfə xatırlanmışdır. Tənnur məbədində tapılmış bir neçə heykəl bu tanrını təsvir etmişdir.Энциклопедия Иордании НАБАТЕЙСКИЕ БОГИ

Kütbay adı "yazmaq" mənasını verən samimənşəli "K-T-B" sözü ilə əlaqədardır. C. T. Milikin fikrinə görə, bu ad "Böyük Katib" deməkdir.

Nəbəti karvançılar Kütbayın kultunu Misirə və Şəmalə (Şimali Sinay) gətirmişlər. Burada onun adının çəkildiyi yazılar mövcuddur. Katib tanrı olaraq Kütbay Misirin Tot, Assuriyanın Nabu, Palmiranın Arsu və Ruda tanrıları müqayisə edilmişdir.

İstinadlar

Kateqoriya:Bilik tanrıları Kateqoriya:Orakul tanrıları Kateqoriya:Ticarət tanrıları Kateqoriya:Ərəb mifologiyası