"Zədül-Məəd fi Hədyi Xeyrül-İbad" (; ) — islam alimi İbn Qəyyim Cövziyyə tərəfindən yazılmış 5 cildlik əsər. Ərəb dilində "Zəd" sözü bir səfərə çıxanda götürülən qida və ya azuqəni ifadə edir. Müəllif bu kitabı müsəlmanların həyat səfərlərində faydalana biləcəkləri Məhəmmədin həyatından nümunələri və hidayətləri işıqlandırmaq məqsədilə qələmə almışdır. Bundan əlavə, İbn Qeyyim bu əsəri özü də səfərdə olarkən yazmışdır.

Əsər müxtəlif mövzuları əhatə edir. Müəllif kitaba Məhəmmədin xüsusiyyətlərindən, onun ibadət və şəxsi həyatının təfərrüatlarından bəhs edərək başlamış, daha sonra onun bioqrafiyasına və erkən islam tarixinə keçid etmişdir. Əsərin növbəti hissəsində təbabət mövzusuna toxunulmuş, nəbəvi təbabət ilə yunan təbabəti sintez edilərək müxtəlif xəstəliklərin müalicə üsulları, həmçinin dövrün tibb mütəxəssisləri arasında gedən diskussiyalar nəzərdən keçirilmişdir. Kitabın son fəslində müəllif islam fiqhinin müxtəlif sahələrinə, o cümlədən ticarət, nikah və boşanma ilə bağlı hüquqi hökmlərə toxunmuşdur.Camilla Adang, Maribel Fierro, Sabine Schmidtke, Ibn Ḥazm of Cordoba: The Life and Works of a Controversial Thinker, p 631.

İstinadlar

Kateqoriya:Sünni ədəbiyyatı