Səyyaf Fiqan oğlu Əhmədov () — Azərbaycan Ordusu Quru Qoşunlarının baş giziri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi (2020)nin iştirakçısı olub. Hərbi mühitdə və Ağdam ictimaiyyəti arasında "Xanı" (bəzi mənbələrdə "Gizir Xanı" və ya "Kəşfiyyatçı Xanı") ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı idi. 2025-ci il sentyabrın 23-də mina partlayışı nəticəsində həlak olub və şəhid statusu alıb.Oxu.az. "Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU. 23 sentyabr 2025. KeçidNTV.az. Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub. 23 sentyabr 2025. KeçidVətən Fədailəri Haqqında. Səyyaf Əhmədov. Keçid
Erkən həyatı Səyyaf Əhmədov 1971-ci il aprelin 5-də Ağdam rayonunun İsmayılbəyli kəndində sadə anadan olub.
O, 1977-ci ildə həmin kəndin orta məktəbinə daxil olub və 1988-ci ildə oranı bitirib.
S.Əhmədov 1989-cu ildə Sovet Ordusu sıralarına çağırılıb və 1991-ci ildə Sovet Ordusundan tərxis olunub.
Birinci Qarabağ müharibəsindən sonra ailəsi Ağdamın Birinci Baharlı qəsəbəsində məskunlaşıb.Konkret.az. Minaya düşərək həlak olan gizir "Xanı" kim idi? (DOSYE). 23 sentyabr 2025. Keçid
Hərbi xidməti və Birinci Qarabağ müharibəsi 1992-ci ildə könüllü şəkildə Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddət sonra ön cəbhəyə göndərilib və kəşfiyyatçı kimi düşmən arxasında keçirilən xüsusi əməliyyatlarda iştirak edib, cəsarəti və soyuqqanlılığı ilə seçilib.
O, döyüşlər zamanı üç dəfə ağır yaralanmasına baxmayaraq, silahdaşlarını heç vaxt tək qoymayıb və dəfələrlə öz həyatını təhlükəyə ataraq yoldaşlarını xilas edib.Ədəbiyyat və İncəsənət. Hər iki Qarabağ müharibəsinin iştirakçısı Səyyaf "Xanı" Əhmədov. Keçid Bu dövrdə o, "Xanı" ləğəbini alıb.
S.Əhmədovun özünün açıqladığına görə, "Xanı" adı ona kiçik bir zümzüməsi olduğuna görə verilib — tədbirlərdə polkovnik-leytenant Raquf Orucov ondan "Ana" segahını oxumasını xahiş edib; sonradan məlum olub ki, elə Orucovun anası da şəhid ailəsindən imiş. Gizir xanının mahnı oxumağı TV-də yayınlanıb.
Dostlarının dediyinə görə, o, atasının qoyduğu adla deyil, döyüş meydanında qazandığı ləqəblə tanınırdı və bu ad zamanla onun rəmzinə çevrilib.Ölkə.az. Əfsanəvi kəşfiyyatçı "Gizir Xanı" kim idi? (VİDEO). 24 sentyabr 2025. KeçidAgah.az. Ağdamın "Xanı" — əfsanəvi kəşfiyyatçı Səyyaf Əhmədovun hekayəsi. 24 sentyabr 2025. Keçid
Vətən müharibəsi (2020) və sonrakı fəaliyyəti S.Əhmədov həm Birinci Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsi (2020) zamanı könüllüsü olub. İşğaldan azad edildikdən sonra o, Ağdamı və Qarabağı ensiklopedik səviyyədə tanıyan insan kimi tanınıb və bölgənin ruhunu yaşadan simalardan biri sayılıb.
Gülablı kəndində qalan ermənilərlə mübahisəsi bir səra TV kanalları tərəfindən şərh edilib.
Şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq o, heç vaxt öz ad gününü qeyd etməyib.
Onun 1993-cü ilə aid işğal altındakı Mərzili kəndində keçirdiyi əməliyyat barədə müsahibəsi vaxtı ilə gündəm olub.
Vəfatı, dəfni və xatirəsi 2025-ci il sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində, keçmiş neytral sahədə, minalardan təmizlənməmiş bir qəbiristanlıqda mina partlayışı baş verib və nəticədə Əhmədov həlak olub. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılıb; ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarına diqqətli olmağa çağırıb. Şəhidin nəşi ANAMA əməkdaşları tərəfindən ərazidən çıxarılaraq ailəsinə təhvil verilib.Nuhçıxan İA. Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub. 23 sentyabr 2025. Keçid
Həlak olmasından bir gün sonra, 24 sentyabr 2025-ci ildə Səyyaf Əhmədovun dəfn mərasimi Ağdam rayonunun Üçoğlan kəndində keçirilib.
Mərhumla vida mərasimi əvvəlcə onun yaşadığı Ağdam rayonunun Birinci Baharlı qəsəbəsindəki evində təşkil olunub, dəfn mərasimində isə rayon ictimaiyyəti, müharibə veteranları və minlərlə sakin iştirak edərək onu son mənzilə yola salıb.Yeni Çağ. "Xanı" ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədov Ağdamda dəfn edildi (FOTOLAR). 24 sentyabr 2025. Keçid
Şəhid Ağdamın Eşq-Abdal qəbiristanlığında torpağa tapşırılıb.
23 sentyabr 2025-ci ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə gizir Səyyaf Əhmədova "müki şəhid" statusu verilib.
08 iyul 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib.
S.Əhmədovun həlak olmasının ildönümü münasibəti Ağdam İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı tərbirlər həyata keçirilib.
Ailəsi Gizir Səyyaf Əhmədov həlak olan zaman ailəli olub, onun dörd övladı olub.
Mükafatları Göstərdiyi qəhrəmanlıqlara görə gizir Səyyaf Əhmədov "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqcularının təltif edilməsi haqqında" 24 iyun 2003-cü il tarixli 887 №-li Prezident Fərmanın II hissəsinin 25-ci bəndi ilə "Vətən uğrunda" medalı ilə, həmin Sərəncamın IV hissəsinin 99-cu bəndi ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
Bundan əlavə, Müdafiə Nazirliyi tərəfindən daha beş fərqli medala layiq görülüb.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 2025-ci il tarixli Sərəncamıə ilə S.Əhmədova "Mülki Şəhid" statusu verilib.
Media əksi Hadisə Oxu.az, NTV, Konkret.az, Yenicağ, Olkə.az, Agah.az, Naxçıxan İnformasiya Agentliyi, Manset.az və "Ədəbiyyat və İncəsənət" kimi media qurumları tərəfindən geniş işıqlandırılıb, YouTube-da isə həlak olma hadisəsi və dəfn mərasimi ilə bağlı çoxsaylı video materiallar yayımlanıb.Manşet.az. Mina qurbanı, müharibənin görünməz qəhrəmanı — Xanı-Səyyaf Əhmədov. 24 sentyabr 2025. Keçid
İstinadlar
Xarici keçidlər Ağdamda əfsanəvi kəşfiyyatçı "Gizir Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak oldu — YouTube Kəşfiyyatçı "Xanı" minaya düşərək həlak oldu — GÖRÜNTÜLƏR — YouTube Kəşfiyyatçı "Xanı" minaya düşərək həlak oldu — YouTube Ağdamda mina partlayıb, keçmiş döyüşçü "Gizir Xanı" həlak olub — YouTube Əfsanəvi Kəşfiyyatçı Gizir Əhmədov Səyyaf Xanı, ermənilərə səsləndi — YouTube Səyyaf Əhmədovla ("Gizir Xanı") vida mərasimi keçirilib — YouTube Shorts Səyyaf Əhmədov | Xanı Ləqəbli Əfsanəvi Kəşfiyyatçı — YouTube Shorts (XANI) Səyyaf Əhmədov — YouTube Shorts Səyyaf Əhmədov (XANI) Allah rəhmət eləsin — YouTube Shorts Xanı kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub — YouTube Shorts
Kateqoriya:Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Mina partlamasından ölənlər