Yotnporakian-Baqink (erm. Ewtʻnpʻorakean Baginkʻ) — "Aşxaratsuyts"da Paytakaran əyalətinin havarlarından biri kimi göstərilən tarixi inzibati-coğrafi ərazi. Toponim dini semantikalı ad kimi şərh edilmişdir.
Adı və etimologiyası
Artur Hambartsumyan Ewtʻnpʻorakean Baginkʻ toponimini "yeddi qurbangahın yeri və ya yeddi qurbangah məbədi" mənasında şərh edir.
Adın Baginkʻ komponenti pəhləvi dilində bagin — "qurbangah, ziyarətgah" sözü ilə əlaqələndirilir. Hambartsumyan toponimi İran dini-toponimik ənənəsi kontekstində araşdırır.
Mənbələrdə
Yotnporakian-Baqink "Aşxaratsuyts"un Paytakaran havarları sırasında göstərilir.
Coğrafiyası
Yeotnporakian-Baqink əyaləti cənub-şərq, cənubda və şərqdə Paytakaran əyalətinin Hrakot-Peroj havarı, cənub-qərbdə Vardanakert havarı, qərbdə və şimal-qərbdə Araz çayı boyunda Utik əyalətinin Rotpasian havarı ilə sərhədlənirdi.
Havarın dəqiq sərhədləri müəyyən edilməyib. Robert Hyusen onun daxil olduğu Kaspiana–Paytakaran coğrafiyasını aşağı Kür, Araz və Muğan istiqaməti ilə əlaqəli şəkildə rekonstruksiya etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Paytakaran Kateqoriya:Qafqaz Albaniyasının vilayətləri Kateqoriya:Azərbaycanın tarixi vilayətləri Kateqoriya:Qafqaz tarixi