III Ernest Frederik (; ) — Saksen-Hildburqhauzen hersoqu.
Həyatı 10 iyun 1727-ci ildə Koniqsberqdə dünyaya gəldi. Atası Saksen-Hildburqhauzen hersoqu II Ernest Frederik, anası isə Erbaxlı Sofiya Albertinadır.
Atasının vəfatından sonra 1745-ci ildə taxta çıxdı. Hələ 18 yaşında olduğu üçün anası naibə olaraq seçildi və 3 il boyunca oğlunun mülklərini idarə etdi.
1 oktyabr 1749-cu ildə Danimarka kralı VI Kristianın qızı Luiza ilə evləndi. Cütlüyün bu nigahdan 1 övladı doğulsa da, yetkinlik yaşına çatmadı. Xanımı isə 1756-cı ildə vəfat etdi.
Frederika Sofiya Yulianna Karolina (1755-1756)
20 yanvar 1757-ci ildə Kopenhagendə Brandenburqlu Kristina Sofiya Şarlotta ilə evləndi. Cütüyün bu nigahdan 1 övladı doğulsa da, yetkinlik yaşına çatmadı. Xanımı isə doğuşdan bir neçə gün sonra vəfat etdi.
Frederika Sofiya Mariya Karolina (1757), yaşı tamam olmadan vəfat etdi.
1 iyul 1758-ci ildə Saksen-Veymar hersoqu I Ernest Avqustun qızı Ernestina ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Ernestina Frederika Sofiya (1760-1776) Kristina Sofiya Karolina (1761-1790) Frederik (1763-1834)
Babasının səltənət dövründən bəri davam edən maliyyə problemləri daha da artdı. Müqəddəs Roma imperatoru II İosif borcların hesablanması və ödənilməsi üçün xüsusi bir komitə yaratdı. ancaq bu komitənin 35 illik fəaliyyəti bu borcların qarşısını ala bilmədi.
1757-ci ildə dövlətin milli pul vahidini dəyişsə də, bu daha güclü etirazla qarşılandı. 1779-cu ildə paytaxtda çıxan böyük yanğın səbəbilə bir müddət Straunhayfda məskunlaşdı. Ertəsi il burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Johann Samuel Ersch (Hrsg.): Allgemeine Encyclopädie der Wissenschaften und Künste, 1. Sektion, 37. Teil, Leipzig, 1842, S. 300 (Digitalisat) Oliver Heyn: Das Militär des Fürstentums Sachsen-Hildburghausen (1680-1806) (=Veröffentlichungen der Historischen Kommission für Thüringen, Kleine Reihe, Bd. 47), Köln, Weimar, Wien 2015 Oliver Heyn: Militärisches Prestige und finanzielle Absicherung. Die Herzöge von Sachsen-Hildburghausen im Dienst der Vereinigten Niederlande (1680-1760), in: Zeitschrift für Thüringische Geschichte 71 (2017), S. 45–72. Rudolf Armin Human: Chronik der Stadt Hildburghausen, Hildburghausen, 1886 Heinrich Ferdinand Schoeppl: Die Herzoge von Sachsen-Altenburg. Bozen, 1917, Neudruck Altenburg, 1992
İstinadlar