Kolonya () — Albaniyanın cənub-şərqində, Korça vilayətində yerləşən bələdiyyə.
Bələdiyyə, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Barmaş, Çlirim, Erseke, Leskovik, Mollas, Novosele, Qender Erseke və Qender Leskovik bələdiyyələrinin birləşdirilməsi nəticəsində yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin inzibati mərkəzi Erseka şəhəridir.
2011-ci ilin siyahıyaalınmasına əsasən bələdiyyənin ümumi əhalisi 11.070 nəfərdir. Bələdiyyənin ümumi sahəsi isə 865 km² təşkil edir. Bölgə eyni zamanda etnoqrafik bir bölgədir.
Bələdiyyənin ərazisi 2000-ci ilin iyulunda ləğv edilərək 12 vilayətlə əvəzlənən Albaniyanın 36 dairəsindən biri olan keçmiş Kolonya dairəsinin ərazisi ilə üst-üstə düşür.
Coğrafiyası Kolonya cənub-şərqi Albaniyada yerləşir və mərkəzi Erseke şəhəridir. Bu ərazidəki digər şəhərlərə cənubda yerləşən Leskovik daxildir. Şimalda Korça və şərqdə Yunanıstanın Kastoriya və Yannina regional vahidləri ilə həmsərhəddir. Erseke şəhəri dəniz səviyyəsindən 2.525 metr yüksəklikdə yerləşən zirvəsi ilə Albaniyanın dördüncü ən yüksək dağı olan Qramos dağının ətəyində yerləşir.
Tarixi Orta əsrlərdə Koloniya (Koloneia; ) adlı bölgə Korçadan cənubda (cənub-şərqi Albaniya) və Konitsa ilə Kastoriyadan şimalda (şimal-qərbi Yunanıstan), Qramos dağ silsiləsinin qərb yamaclarında yerləşən dağlıq ərazidə mövcud olmuşdur. Qramosun qərbində eyniadlı bir Bizans hərbi qarnizonu da inşa edilmişdi.
İohann Skilitsanın məlumatına görə, təqribən 1018-ci ildə Bolqarıstanın Bizans tərəfindən fəthindən sonra imperator II Vasili Koloniya, Drinoupolis və Dirraxiya (Dyrrhachium) ərazilərində yeni femalar yaratmış və Mərkəzi və Qərbi Makedoniyadan gələ biləcək gələcək düşmən hücumlarına qarşı Epirdəki Bizans mövqelərini qorumaq üçün keçmiş Bizans hərbi əsirlərini burada yerləşdirmişdir. 1040-cı illərdə Koloniya feması Dirraxiya Hersoqluğunun tərkibinə daxil edildi. 1204-cü ildə Konstantinopolun Səlibçilər tərəfindən talan edilməsindən və ardınca Bizans İmperiyasının parçalanmasından sonra Koloniya feması Venesiya Respublikasına verildi. Lakin Koloniya sonradan Epir Despotluğunun nəzarətinə keçdi və despotluğun femalarından birinə çevrildi. 1259-cu ildəki Pelaqoniya döyüşündən sonra Koloniya Nikeya İmperiyasına verildi.
İmperator VI İohann Kantakuzenin (1347–1354) 1320–1356-cı illəri əhatə edən "Tarix" adlı əsərində yerli albanlardan bəhs edilir: "İmperator Axridada (Oxrid) təxminən səkkiz gün keçirərkən, Deabolis (Devoll) bölgəsində yaşayan alban köçəriləri, habelə Koloniya (Kolonya) və Oxrid ətrafından olanlar onun hüzuruna gəldilər." Bu görüşün təxminən 1328-ci ilin fevralında baş tutduğu ehtimal edilir.
Bir mənbəyə görə, şimaldan gələn alban köçlərinin iki əsas dalğasından biri 14-cü əsrdə Kolonyaya daxil olmuş və bu dalğa qonşu Danqlliya (Dangëllia) bölgəsinə də təsir etmişdir. Kolonya adı ərazinin Roma dövrü ilə bağlıdır.
Kəndləri və yaşayış məntəqələri alt=Qramos dağında şəlalə|right|267x267px
Barmaş (Barmash) Bejan (Bezhan) Bluş (Blush) Borove (Borovë) Butke (Butkë) Çlirim Erseke (Ersekë) Gyonc (Gjonc) Qermeny (Gërmenj) Qostivişt (Gostivisht) Helmes (Helmës) Kabaş (Kabash) Kacyinas (Kagjinas) Kaltany (Kaltanj) Kamnik Kodras Kozel Kreşova (Kreshovë) Kurtez Laşova (Lashovë) Lengez (Lëngëz) Lentske (Lënckë) Leşnye (Leshnjë) Leskovik Luaras Mesitske (Mesicke) Milets (Milec) Mollas Novosele (Novoselë) Orqotska (Orgockë) Piskal Pode (Podë) Postenan Prodan Psarr i Zi Qafzes Qesarake (Qesarakë) Qinam Radoviçke (Qinam Radovickë) Qinam Qyteze (Qytezë) Radimişt (Radimisht) Radany (Radanj) Rehova (Rehovë) Selenitsa e Pişes (Selenicë e Pishës) Şales (Shalës) Ştike (Shtikë) Şen Mertir (Shën Mërtir) Starye (Starje) Taç Voditsa (Vodicë) Vreptske (Vrepckë)
Bələdiyyə Şurası alt=Bələdiyyə Şurasında yerlərin paylanması|right 2023-cü il yerli seçkilərindən sonra Kolonya Bələdiyyə Şurasının tərkibi aşağıdakı kimidir: Partiyanın adı Qısaltması Yer sayı Albaniya Sosialist PartiyasıPartia Socialiste e Shqipërisë PS 10 Ekoloq Aqrar PartiyasıPartia Agrare Ambientaliste PAA 2 Birlikdə QazanırıqBashkë Fitojmë BF 2 Albaniya Respublikaçılar PartiyasıPartia Republikane e Shqipërisë PR 1
Tanınmış şəxsiyyətləri Sali Nyazi (Sali Njazi) — Bəktaşi təriqətinin 1-ci Dədəbabası. Sali Butka — alban millətçisi, inqilabçı qaçaq və şair. Şahin Kolonya — alban jurnalist və siyasətçi. Yani Dode (Jani Dode) — alban fizik. Petro Dode — alban siyasətçi. Petro Nini Luarasi — alban milli intibah fəalı, xristian pravoslav keşiş, müəllim və jurnalist. İsgəndər Luarasi (Skënder Luarasi) — alban alim, yazıçı və antifaşist fəal. Aqim Qiryaki (Agim Qirjaqi) — alban aktyor və televiziya rejissoru. Əkrəm Bardha (Ekrem Bardha) — alban əsilli amerikalı iş adamı, Milli Alban-Amerika Şurasının həmtəsisçisi. Fəhim Zavalani (Fehim Zavalani) — alban jurnalist və Alban Milli İntibahının fəalı. Cim Beluşi (Jim Belushi) — alban əsilli amerikalı aktyor. Con Beluşi (John Belushi) — alban əsilli amerikalı komediyaçı, aktyor və musiqiçi. Kol Tromara — alban millətçisi və siyasi xadim. Kristo Luarasi — alban millətçisi, mətbəəçi və naşir. Safet Butka — alban professor, siyasətçi və millətçi. Kamal Butka (Qemal Butka) — alban memar, rəssam və siyasətçi. Əli Rza Kolonya — alban ordu generalı, diplomat və siyasətçi. Bayram Fevziu — alban ordu zabiti və siyasətçi. Cavid Leskoviku (Xhavid Leskoviku) — alban ordu zabiti, siyasi fəal və diplomat. Yani Vreto (Jani Vreto) — alban yazıçı, naşir və Alban Milli İntibahının mühüm siması. Naim Fraşeri — alban aktyoru. Afanas Sina (Athanas Sina) — alban jurnalist, müəllim və Alban Milli İntibahının fəalı. İslam Radoviçka (Islam Radovicka) — İkinci Dünya müharibəsi zamanı alban partizan komandiri. Seyfi Vllamasi — alban konqresmen. Zülüftar Poda (Zylyftar Poda) — Osmanlı İmperiyasına qarşı bir neçə üsyana rəhbərlik etmiş alban lideri. Cəfər Ypi (Xhafer Ypi) — Albaniyanın keçmiş Baş Naziri. Petrit Dume — alban general və Albaniya Əmək Partiyasının siyasətçisi. Həsən Züko Kəmbəri (Hasan Zyko Kamberi) — alban ədəbiyyatçısı.
Mənbələr
İstinadlar