Milot — Albaniyanın şimal-qərbindəki Leja vilayətində yerləşən şəhər və keçmiş bələdiyyə.

O, 2015-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Kurbin bələdiyyəsinin tabeliyindəki inzibati vahidlərdən birinə çevrilmişdir.

2023-cü ilin siyahıyaalınmasına əsasən əhalisi 6.193 nəfər təşkil etmişdir.

Milot inzibati vahidi Milot şəhərindən və Fuşe Milot, Mal i Bardh, Vinyoll, Şkopet, Ferr-Şkopet və Skuray daxil olmaqla 14 kənddən ibarətdir.

Şəhər Mat çayının cənub sahilində yerləşir. Yaxınlıqda Albaniya kralı I Zoqun adını daşıyan məşhur Zoq körpüsü (Zogu körpüsü) yerləşir. Körpü 1927-ci ildə Mat çayını keçmək və ölkənin şimal-qərbinə gediş-gəlişi yaxşılaşdırmaq məqsədilə inşa edilmişdir.

Tarixi 7 sentyabr 1457-ci ildə Milotda Uyebardha (Albulena) döyüşü baş vermişdir. Bu, İskəndərbəyin (Skanderbeg) rəhbərlik etdiyi alban ordusunun mühasirədəki Osmanlı ordusunu darmadağın etdiyi Kruyanın ikinci mühasirəsi zamanı olmuşdur. Bu məğlubiyyət Osmanlı salnaməçisi Övliya Çələbi tərəfindən kifayət qədər təfərrüatlı şəkildə qeydə alınmışdır. Uyebardha döyüşü İskəndərbəyin ən böyük qələbələrindən biri hesab olunur.

Milot haqqında ilk məlumat 1582-ci ilə aid Osmanlı imperiyasının Oxrid sancağı (Kruya, İşem, Benda) reyestrində qeyd olunmuşdur. Həmin sənəddə yaşayış məntəqəsinin adı Milyot kimi göstərilmişdir.

Şəhər Kurbinin ənənəvi və tarixi mədəniyyət mərkəzi hesab olunur.

Tanınmış şəxsiyyətləri Prenk Pervizi (1897–1977) — Zoq ordusunun generalı.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri