Avdı Övəzquliyeviç Quliyev (; ) — SSRİ diplomatı, Rusiya və Türkmənistan siyasətçisi, publisist, Türkmənistanın ilk xarici işlər naziri. Ömrünün son illərində o, Türkmənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən cinayətkar hesab edilmişdir. Quliyev 22 avqust 1990-cı il tarixində 1-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsinə layiq görülmüşdür.
Həyatı Abdı Quliyev Aşqabadda qulluqçu ailəsində anadan olmuşdur. İxtisasca filoloq olan Quliyev universiteti bitirdikdən sonra Türkmənistan SSR Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. O, Türkmənistan SSR Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda stajçı-tədqiqatçı olmuş, tezliklə Taiz şəhərindəki Sovet Mədəniyyət Mərkəzi nəzdində rus dili kurslarının müdiri vəzifəsini icra etmişdir (1960–1971-ci illər). 1971-ci ildən etibarən SSRİ-nin diplomatik qurumlarında fəaliyyətə başlayan Quliyev 1971–1987-ci illər ərzində ərəb ölkələrindəki SSRİ səfirliklərində müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. O, SSRİ-nin Oman Sultanlığı və Qətər Dövlətindəki müvəqqəti işlər vəkili olmuşdur. SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında fəaliyyətini davam etdirmiş, 1987–1989-cu illərdə nazirliyin Yaxın Şərq və Şimali Afrika Ölkələri İdarəsinin müşaviri vəzifəsini tutmuşdur. и Государстве Катар
1990–1992-ci illərdə Türkmənistanın xarici işlər naziri vəzifəsində çalışmışdır. 1992-ci ildə Prezident Saparmurat Niyazov hökumətinə müxalif mövqe nümayiş etdirmiş və istefa vermişdir. 17 aprel 1998-ci il tarixində Aşqabad Beynəlxalq Hava Limanında saxlanılmışdır. Bir neçə gün sonra Türkmənistan Prezidenti Saparmurat Niyazov ABŞ-də çıxış edən zaman Quliyevin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli bir cinayətkar və terrorist olduğunu açıq şəkildə bəyan etmişdir. Quliyev ilə bağlı hadisə beynəlxalq qalmaqal xarakteri aldıqdan sonra Rusiya səfirliyinin əməkdaşları onun həbsdən azad edilməsinə və Rusiyaya getməsinə köməklik göstərmişdir. Quliyevin Moskvaya gedişi diplomatik kanallar vasitəsilə Türkmənistan Xarici İşlər Nazirliyi ilə razılaşdırılmışdır, lakin 1998-ci ilin may-iyun aylarında Türkmənistanın hüquq-mühafizə orqanlarının rəhbərləri televiziya çıxışlarında Quliyevi ölkəni tərk etməmək barədə iltizamı pozmaqda və ölkədən gizli qaçmaqda ittiham etmiş, bu Rusiya vətəndaşının ağır cinayətkar kimi axtarışda olduğunu bildirmişdilər. Bu vəziyyətə istinad edən Türkmənistan Milli Təhlükəsizlik Komitəsi Rusiya mülkiyyəti hesab edilən xarici pasportu Quliyevə qaytarmaqdan imtina etmişdir. Quliyevin bu məsələ ilə bağlı Rusiya səfirliyinə etdiyi müraciətlər cavabsız qalmışdır.
2002-ci ildə "Türkmənistan Demokratik Qüvvələr İttifaqı" adlı müxalif birliyi təsis etmiş və onun lideri olmuşdur. O, 2003-cü ilin avqust ayında Moskvanın kənarındakı evinin yaxınlığında vəhşicəsinə döyülmüşdü. Onun fikrinə görə, hücum Türkmənistan hökumətinin agentləri tərəfindən sifariş edilmişdir. Üç ay əvvəl prezident Niyazov Quliyevə açıq şəkildə hədə-qorxu gəlmişdi və o, "onu başqa bir dünyaya göndərməyin vaxtıdır" demişdi.
Həyatının sonrakı dövründə Norveçdə yaşamışdır. 2006-cı ildə nəşr olunan "Hökumətdə iki il. Müxalifətdə on üç il" adlı kitabın müəllifidir. Niyazovun 2006-cı ildə vəfat etməsindən sonra Quliyev bildirmişdir ki, "Onun ölkəni özündən azad etməsi hamımız üçün böyük sevincdir". Onurğa beyni xərçəngindən əziyyət çəkən Abdı Quliyev, 10 aprel 2007-ci il tarixində Osloda vəfat etmişdir. Vəfatından sonra Avdı Quliyevin qızına atasını vətənində dəfn etmək üçün icazə verilməmişdir.
İstinadlar
Xarici keçidlər
Кулиев Авды на сайте Personize.Ru
Kateqoriya:Filologiya elmləri namizədləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Türkmənistan diplomatları