Mişel Ogüst Kro (, Arpitan ləhcəsində: Mechiél Ôgusto Crox; ) — Şamoni regionundan olan dağ bələdçisidir və alpinizmin qızıl dövründə Qərbi Alp dağlarının bir çox zirvəsinə ilk dırmanışları həyata keçirən pionerdir. O, əsasən Materhorn zirvəsinə ilk çıxış zamanı faciəvi ölümü və Eduard Vimper ilə qurduğu (bələdçi qismində) dırmanma tərəfdaşlığı ilə xatırlanır.
Bələdçilik karyerası
Kro bələdçilik karyerasına 1859-cu ildə Vilyam Metyus tərəfindən Monblan zirvəsinə çıxış üçün işə götürüldükdə başlamışdır. O, Alp dağlarının o vaxta qədər fəth edilməmiş ən mühüm zirvələrindən bəzilərinə — Qrand Kasse (Grande Casse), Monte-Vizo (Monte Viso), Bar-dez-Ekren (Barre des Écrins) və Eqüy-d’Arjantyerə (Aiguille d'Argentière) — ilk dırmanışları reallaşdırmaqla yanaşı, həm də əvvəllər keçilməmiş bir çox aşırımlardan (kol) ilk keçidləri etmişdir. Bunlara Ekren massivindəki (Massif des Écrins) "Kol-dez-Ekren", "Kol-dü-Sele" və "Kol-dü-Qlasye-Blan" (hamısı 1862-ci ildə Frensis Foks Takket, Piter Perren və Bartolommeo Peyrot ilə birlikdə) daxildir. 1863-cü ildə o, Vilyam Metyus, Tomas Corc Bonni və qardaşı Jan-Batist Kroz ilə birlikdə Qrand-Russ (Grandes Rousses) zirvəsinə çıxmışdır. 1864-cü ildə isə Edvard Vimper, Horas Volker, A. V. Mur və Zaas-Fe bələdçisi Kristian Almer ilə birlikdə "Breş-de-la-Meij" (brèche de la Meije) və "Kol-de-la-Pilat" (col de la Pilatte) aşırımlarından ilk keçidi həyata keçirmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:22 apreldə doğulanlar Kateqoriya:1830-cu ildə doğulanlar Kateqoriya:14 iyulda vəfat edənlər Kateqoriya:1865-ci ildə vəfat edənlər Kateqoriya:İsveçrədə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər