Kalpana Daş (Oriya dilində: କଳ୍ପନା ଦାଶ, ; ) — hindistanlı alpinist və Everest zirvəsini fəth edən ilk odiyalı (Orissa ştatından olan) dırmanışçı. O, 21 may 2008-ci ildə ABŞ, Kanada və Nepaldan olan beş nəfərlik komanda ilə birlikdə Everest zirvəsinə qalxmışdır.

O, bundan əvvəl iki dəfə — 2004 və 2006-cı illərdə Everestə dırmanmağa cəhd etsə də, əlverişsiz hava şəraiti və sağlamlıq problemləri səbəbindən uğursuz olmuşdu.

Ölümü

23 may 2019-cu ildə Daş digər iki nəfərlə birlikdə yenidən Everestin zirvəsinə çatmış, lakin eniş zamanı xəstələnərək zirvənin düz "balkon" (The Balcony) hissəsinin üzərində vəfat etmişdir.

Onun ölümünə səbəb kəskin hava şəraiti nəticəsində dırmanış üçün uyğun vaxtın (pəncərənin) daralması və Nepal hökumətinin "Qara cümə" (Black Friday) aksiyası çərçivəsində yüzlərlə alpinistə zirvəyə qalxmaq üçün icazə verməsi nəticəsində yaranan qeyri-adi sıxlıq olmuşdur. 2019-cu ilin aprel və may aylarını əhatə edən dırmanış mövsümündə Nepal, Avropa, ABŞ və Hindistandan olan ən azı 11 alpinist — onların bir çoxu Daş kimi təcrübəli alpinistlər idi — həyatını itirmişdir. ABŞ-nin Yuta ştatından Donald Keş və Hindistandan Ancali Kulkarni də Daş ilə eyni həftədə vəfat edənlər arasında idi.

Onun cəsədi şerpalar tərəfindən çıxarılaraq Hindistana gətirilmişdir. Vəfat etdiyi vaxta qədər o, "Yeddi Zirvə" (Seven Summits) proqramını uğurla tamamlamış və "Yeddi Vulkan Zirvəsi"nin (Volcanic Seven Summits) beşini fəth etmişdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:2019-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Everesti fəth etmişlər Kateqoriya:Dağa dırmaşarkən ölənlər