Yanğı () — 1995-ci ildə ekranlara çıxmış Fransa filmi. Filmdəki bütün hadisələr cəmi 24 saat içində baş verir. Amma bu qısa zaman kəsiyində gənclərinin nələrlə üzləşdiyini, hansı düşüncələr içində olduqlarını, ətraflarında nələrin döndüyünü tamaşaçılar çox yaxşı görür. Film göstərir ki, bəzən bir gün kifayətdir hər şeyin dəyişməsi üçün. Yaxud hər şeyin bitməsi üçün. Film boyunca tamaşaçı gözləyir ki, nəsə pis bir şey olacaq. Və bu gözləmə filmin ən ağır hissəsidir.
Filmin adı elə belə seçilməyib. Yuber adlı personaj bir nöqtədə deyir: "La haine attire la haine!". Yəni nifrət öz növbəsində yenə nifrət gətirir. Məhz bu düşüncə filmin əsas mesajıdır.
Matyö Kassovits bu işə görə Kann Film Festivalında ən yaxşı rejissor kimi mükafatlandırılıb. Özü həm ssenari yazıb, həm də filmin montajında iştirak edib.
Əsər fransız cəmiyyətinin o vaxtlar üzləşdiyi sosial böhranı, gənclərin vəziyyətini və immiqrant ailələrin çəkdiyi əzabı göz önünə sərir.
M. Kassovits filmi rəngli çəkməyib. Ağ-qaradır. Bəlkə də ona görə ki, bu hekayədə heç nə tam olaraq aydın deyil. Düz yanlış yoxdur, yaxşı pis yoxdur. Var olan budur ki, bir tərəfdə gücü olan, o biri tərəfdə isə heç nəyi olmayan adamlar var. Və bu adamlar bir-birlərinə baxanda nifrət görürlər.
Təsvir Paris. Şəhərin ən gözəl küçələri ilə heç bir əlaqəsi olmayan məhəllələrdə üç gənc oğlan yaşayır. Vins, Yuber və Səid. Onlar pulla tanış deyillər, lüks həyat nədir bilmirlər. Bildikləri bir şey var: bu şəhərdə ayaqda qalmaq istəyirsənsə, qaydaları özün qoymalısan. Amma bəzən qaydalar işləmir. Bəzən güclü tərəf heç dinləmək belə istəmir. Bir axşam polis onların dostunu tutub döyür. Elə döyür ki, oğlan xəstəxanalıq olur. Həyat ilə ölüm arasında qalır. Bu xəbər üçünü də xeyli əsəbiləşdirir. Xüsusilə Vinsi. Oğlan qəzəbdən partlayır. Onu saxlamağa çalışalar da, Vins qərarını çoxdan verib. Dostunun canına dəyənlər cavabını almalıdır. Necə olursa olsun. Paris yuxuya gedir. Amma onlar hələ də oyanıqdır. Sabaha kimi nə olacaq, heç kim bilmir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:1990-cı illərin triller filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:Neonuar Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:Sezar mükafatını qazanan filmlər Kateqoriya:Narkotik maddələr haqqında filmlər