Tskan () — Ləzgi mənşəli xəmir yeməyidir. Bu yeməyin altı və üstü yuxalardan ibarət çörək, içi isə kartof, çəkilmiş ət, kəklikotu, cirə, duz və istiotdan ibarət olur. Ən çox bişirilən tskan ət və kartofla hazırlanır. Lakin əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu, məsələm göbələkli, lobyalı, pendirli, qozlu tskanlar da var. Xüsusilə, Qusarda tskanın onlarla növü var. Yeməyin adı ləzgi dilində “tsun-kan” yəni “odun üstü” mənasını verir.
Hazırlanması
İnqridiyentlər
400 qram mal əti 400 qram un 120 g kərə yağı 3 ədəd kartof 2 ədəd soğan duz istiot cəfəri 200 ml su
Hazırlanması Mal əti və soğanı incə doğrayın və ya ət maşınından keçirin. Kartofları nazik şəkildə doğrayın. Duz və istiot əlavə edib, çəfəri ilə yaxşıca qarışdırın. Xəmir hazırlayın: un, qaynadılmış su və duzu qarışdırıb xəmir yoğurun. Xəmiri iki bərabər hissəyə bölüb üzəriniörtüklə örtərək, 20 dəqiqə soyuducuda saxlayın. Xəmiri açın. Alt qatını üst qatından daha böyük açın. Alt qatı əridilmiş kərə yağı ilə yağlayıb, rulon şəklində bükün və yuvarlayın. Eyni əməliyyatı üst qat üçün də təkrarlayın. Çörək bişirəcəyiniz qəlibi kərə yağı ilə yağlayın. Alt xəmiri qəlibə yerləşdirin, içini kərə yağı ilə ədviyyatlayın, üst qatla örtüb, kənarlarını bərkidin. Üzərinə kərə yağı sürtün, bir neçə yerdən deşin və susam səpin və duxovkada 1 saat bişirin.
Həmçinin bax Afarar
İstinadlar https://www.youtube.com/watch?v=DCFsN0SkDR4
https://www.youtube.com/watch?v=rkT99Ow1HiE
Xarici keçidlər
Kateqoriya:Ləzgi mətbəxi Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Pendir xörəkləri Kateqoriya:Hazır yemək Kateqoriya:Yemək növləri Kateqoriya:Dağıstan Kateqoriya:Dağıstan mədəniyyəti Kateqoriya:Ləzgilər
