Selen çatışmazlığı bədəndə selen mikroelementinin çatışmazlığı ilə əlaqəli xəstəliklər kompleksidir.Муллабаева М., Понкратова Т. С. Онкомаркеры, их характеристика и некоторые аспекты клинико-диагностического использования (обзор литературы) //Проблемы репродукции. – 2005. – С. 3.

Səbəbləri Selen çatışmazlığı ən çox müxtəlif mədə-bağırsaq xəstəlikləri olan, parenteral qidalanan xəstələrdə, əsasən də yaşlılarda (90 yaşdan yuxarı) meydana gəlir. Bəzən torpaqda selen az olur və həmin torpaqda yetişən məhsullarda da bu elementin çatışmazlığına rast gəlinir. Tibbi ədəbiyyatda selen çatışmazlığının statinlərin (xolesterol səviyyəsini aşağı salan dərmanlar) qəbulunun yan təsirlərindən biri ola biləcəyi də qeyd edilmişdir.Moosmann, B; Behl, C (2004). «Selenoprotein synthesis and side-effects of statins». Lancet 363 (9412): 892-4.Moosmann, B; Behl, C (2004). «Selenoproteins, cholesterol-lowering drugs, and the consequences: Revisiting of the mevalonate pathway». Trends in Cardiovascular Medicine 14 (7): 273-81.

Selen çatışmazlığının təzahürləri

Selen qalxanabənzər vəzidə baş verən fizioloji proseslərə təsir edən bir elementdir. Selen çatışmazlığı yod çatışmazlığı ilə birlikdə müşayiət olunur və bu da qalxanabənzər vəzin funksional və struktur dəyişikliklərini daha da kəskinləşdirir.Бирюкова Е.В. Современный взгляд на роль селена в физиологии и патологии щитовидной железы // Эффективная фармакотерапия. 2017. №8 С.34-41 Selen qalxanabənzər vəzin hormonu olan tiroksinin (T4) daha aktiv forması olan triyodtironinə (T3) çevrilməsi üçün zəruri elementdir. Selen çatışmazlığı zamanı qalxanabənzər vəz xəstəlikləri, o cümlədən hipotireoz, endemik zob və kretinizm inkişaf edə bilər. Bəzi tədqiqatçıların fikrincə, yenidoğulmuşlarda endemik kretinizmin yaranmasının əsas səbəbi yod və selenin birgə çatışmazlığıdır.Грекова Т.И., Бурлачук В.Т., Будиевский А.В. Курутько В.Н. Тиреоидные гормоны и нетиреоидная патология: профилактика и лечение. Петрозаводск, ИнтелТек, 2005, 250С.

Müasir klinik praktikada hipotireoz selen tərkibli qida əlavələrinin istifadəsi üçün birbaşa göstəriş sayılmır. Bəzən Haşimoto tireoiditi zamanı əlavə terapiya kimi selen preparatları təyin edilə bilər.2012 ATA/AACE Guidelines for Hypothyroidism in Adults Selen preparatlarının 3 aylıq qəbulu, tiroid peroksidazaya qarşı autoantitellərin səviyyəsinin azalmasına və pasiyentlərin vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Selen çatışmazlığı yüksək olan bölgələrdə, autoimmun tireoiditə tutulma riski daha yüksəkdir. Bu isə qalxanabənzər vəz hüceyrələrində qlutatyonperoksidaza fermentinin aktivliyinin azalması ilə izah olunur.Фархутдинова Л.М. Зоб как медико–геологическая проблема. Гилем, Уфа, 2005, 236 С.

Selen yodun sinerqistlərindən biri olduğuna görə, selen çatışmadıqda yod orqanizmdə mənimsənilmir, bu da yod çatışmazlığına səbəb olur.

Selen çatışmazlığı Koksaki virusları ilə birlikdə Kəşan xəstəliyinə gətirib çıxara bilər ki, bu da ölümlə nəticələnə bilən ciddi bir xəstəlikdir. Kəşan xəstəliyinin əsas əlaməti miokard nekrozudur (ürək əzələsinin ölümü). Bu zaman ürək əzələsinin funksiyası zəifləyir.The interactions between selenium and iodine deficiencies in man and animals. Arthur JR, Beckett GJ, Mitchell JH. — Nutrition Research Reviews. 1999 Jun;12(1):55-73 Yod çatışmazlığı ilə yanaşı, selen çatışmazlığı Kaşin-Bek xəstəliyini də törədə bilər. Kaşin-Bek xəstəliyi qığırdaq toxumasının atrofiyasına, degenerasiyasına və nekrozuna səbəb olur. Kəşan xəstəliyi eyni zamanda ümumi immun sisteminin zəifləməsinə, müxtəlif infeksion xəstəliklərə və mədə-bağırsaq xəstəliklərinə qarşı müqavimətin azalmasına səbəb olur. Selen çatışmazlığı zamanı reproduktiv (cinsi) funksiyanın pozulması, iltihabi xəstəliklərə meylliliyin artması, dəri, saç və dırnaq problemləri, immunitetin zəifləməsi, kardiopatiya (ürək əzələsi xəstəlikləri), uşaqlarda inkişafın ləngiməsi, ağciyərlərin surfaktant sistemi ilə bağlı pozuntuları, ateroskleroz, katarakta, qaraciyər xəstəlikləri, anemiya (qanazlığı) kimi dəyişikliklər də müşahidə oluna bilər.

Selenin tövsiyə olunan qəbul norması Rusiyada selenə olan gündəlik ehtiyac norması qadınlar üçün 55 mkq/sutka, kişilər üçün 75 mkq/sutka, uşaqlar üçün isə 10–50 mkq/sutka olaraq müəyyən edilib.Методические рекомендации 2.3.1.2432-08. Нормы физиологических потребностей в энергии и пищевых веществах для различных групп населения Российской Федерации. doc . 4.2.2.2.2.6. Селен ABŞ-da böyüklər üçün tövsiyə olunan gündəlik selen qəbulu norması 55 mkq təşkil edir. Böyük Britaniyada kişilər üçün 75 mkq, qadınlar üçün isə 60 mkq gündəlik norma kimi qəbul olunub.Papp, Laura Vanda; Lu, Jun; Holmgren, Arne; Khanna, Kum Kum (2007). «From Selenium to Selenoproteins: Synthesis, Identity, and Their Role in Human Health». Antioxidants & Redox Signaling 9 (7): 775—806

Bəzi mənbələrə görə, gündə 200 mkq selenin ənənəvi qalxanabənzər vəzi terapiyasına əlavə olaraq təyin edilməsi, autoimmun tireoiditli xəstələrin klinik və immunoloji vəziyyətini yaxşılaşdırır, həmçinin autoantitellərin səviyyəsini və tələb olunan hormon dozalarını azaldır.Роль препаратов селена в терапии аутоиммунного тиреоидита. Катерина Котенко - "Здоровье Украины", № 2-3 за июнь 2012 года, стр. 69 (по материалам ІІ конгресса Ассоциации эндокринологов Украины)

İstinadlar

Kateqoriya:Endokrinologiya Kateqoriya:Kardiologiya Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Selen Kateqoriya:Mineral çatışmazlıqları