Foks–Fordays xəstəliyi xroniki apokrin vəzilərin xəstəliyidir. Bu xəstəlik qoltuqaltı nahiyələrdə, qasıq bölgəsində, döş gilələri ətrafında qaşınan dəri səpgilərinin yaranması ilə özünü göstərir.

Epidemiologiya Xəstəlik əsasən 13–50 yaş arası gənc qadınlarda müşahidə olunur. Lakin, xəstəliyin digər yaş qruplarında da meydana gəlməsi halları qeydə alınmışdır.

Klinik təsviri Səpgilər əsasən apokrin tər vəzilərinin yerləşdiyi nahiyələrdə yaranır. Dəridə diametri 2–3 mm olan kürəşəkilli papulalar əmələ gəlir. Papulalar bəzən daha böyük ölçüdə də ola bilirlər. Papulaların səthində hiperkeratoz (dərinin qalınlaşması) müşahidə olunur. Səpgilər qızılımtıl rəngdə olurlar. Xəstələrin həkimə müraciət etməsinə səbəb olan əsas şikayət güclü qaşınmadır. Bu xəstəlik zamanı tədricən kistalar, lixenifikasiya (dərinin kobudlaşıb qalınlaşması) və impetiginizasiya (ikinci dərəcəli infeksiya əlamətləri) əmələ gəlir.

Dermatoz xroniki şəkildə inkişaf edir. Xəstəliyin xüsusi əlamətlərinə menstruasiya ərəfəsində qaşınmanın artmasını, hamiləlik dövründə isə azalmasını misal göstərmək olar.

Diaqnostika Xəstəliyin diaqnozu klinik əlamətlərə və xəstənin şikayətlərinə əsasən qoyulur. Diaqnozun qoyulmasının çətin olduğu hallarda isə diaqnozu təsdiqləmək üçün histoloji müayinə aparılır.

Diferensial diaqnostika Diferensial diaqnostika aşağıdakı xəstəliklərlə aparılır:

Darje–Uayt xəstəliyi; Qara akantoz; Yastı dəmrov.

Müalicəsi Xəstəliyi müalicə etmək çətin hesab edilir. Yerli olaraq qlükokortikoidlər, antibiotiklər və antiseptiklər istifadə olunur. A vitamini qrupuna aid preparatların tətbiqi yaxşı effekt verir.Kallmann FJ, Schönfeld WA, Barrera SE. The genetic aspects of primary eunuchoidism. Am J Ment Defic 1943-1944;48:203-236.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:Dəri xəstəlikləri