Hopak (Народний танець // Лозко Г. Українське народознавство — Харків: Див, 2005. — 472 с. — ISBN 966-8504-07-0.) — Ukrayna milli rəqsi.Третьякова Т. Н. Основый эстетики и художественной деятельности; музыка народов мира: учебное пособие — Челябинск: ЮУрГУ, 2000. — С. 120. — 127 с. Rəqsin müxtəlif: solo, cüt, qrup növləri vardır. Hopak rəqsinin musiqi ritmi 2/4-dir. Gündəlik versiyası Rəqs XVI-XVIII əsrlərdə Zaporojye kazakları dövründə yaranıb, öncə solo ifa edilirdi. Hopak kazaklara cəsarət, güc, cəsarət, çeviklik və döyüş bacarıqlarını nümayiş etdirmək imkanını verirdi. Buna görə də, əvvəlcə bu, yalnız kişi rəqsi idi.Ратушняк О. О. Особенности народно-сценического украинского танца и его применение в учебном процессе
Zamanla rəqsdə dəyişikliklər oldu və rəqs cüt ifa olunan rəqsə çevrildi. Əvvəlki kimi, spesifik kompozisiya olmadan ifa edilir. Gənc oğlan dairəni gəzərək seçdiyi qızın qarşısında dayanır və onu rəqsə dəvət edir. Sonra rəqs başlayır. Qız, oğlana zərif baxışları ilə baxaraq təvazökarlıqla rəqs edir. Oğlan qızın ətrafında dövrə vuraraq, öz cəsarət və bacarığını nümayiş etdirməyə çalışır. Qız oğlandan qaçıb, onu qabaqlamağa çalışsa da, oğlan təslim olmur və onun yolunu kəsməyə çalışır.
Kazak rəqslərinin tədqiqatçısı Vadim Kuplenikanın fikrincə, hopakın sələfi "Kazak" rəqsi idi və yalnız II Yekaterina tərəfindən kazakların adının qadağan edilməsi səbəbindən rəqsin adı dəyişilib. Bəzən hopak "Ukrayna kazak"ı da adlanır.Сабадаш Ю. С., Нікольченко Ю. М., Дабло Л. Г. Історія української культури — Київ: Ліра-К, 2020 — С. 91 Иногда гопак называют «украинским казачком»Ивановский Н. П. Бальный танец XVI—XIX веков — М.: Янтарный сказ, 2004. — С. 207. — 207 с.
Hopaqların müxtəlif melodiyaları var. Onlardan bəziləri "Kiyevdən Lubneyə" () və ya "Hop, my greçaniki" () kimi mahnı melodiyalarıdır. Əhəmiyyətli hissəsi isə sözsüz instrumental musiqidir.Руденко Е. В. Музыкально-хореографический анализ движений танцев центрального региона Украины
Səhnə versiyası thumb|left|192px|Hopak Rəqsin səhnə versiyasının meydana gəlməsi 1937-ci ildə Ukrayna SSR xalq rəqs ansamblını yaradan və 1955-1975-ci illərdə Ukrayna SSR Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri olmuş P.P.Virskinin fəaliyyəti ilə bağlıdır. Klassik və ənənəvi folklor ənənələrini yaşatmış akademikin adını daşıyan Ukraynanın Akademik Rəqs Ansamblının hələ də konsertlərinin bağlanış rəqsi "hopak" olur. Səhnə ifasında, xalq rəqsinin xarakterik xüsusiyyətlərini daşımağına baxmayaraq Hopak, adətən qoşalaşmış kütləvi rəqs kimi qurulur. Ehtimal olunur ki, hopak üçün istifadə olunan kişi geyimləri (qırmızı şalvar, rəngli kəmər, tikmə köynək, sivri çəkmələr) mahiyyətcə o dövrün kazak formasıdır, qadınların səhnə geyimləri isə Ukraynanın mərkəzi hissəsinin tarixi geyimlərinə (naxışlı köynək, zapaska və ya plaxta, kirribot) bənzəyir. Bununla belə, Nikolay Savoyskinin sözlərinə görə, rəqqaslar adətən "heç kəsin görmədiyi və xalqımızın xəyalına belə gətirmədiyi paltarları – qadınların ağ çəkmələri, dizə qədər yubka və qadın belindən asılan boyunbağı geyinirdilər". Rəqsi ifa edən qadınlar klassik rəqs və folklor əsasında kompozisiyanı qurmuş Pavel Virskinin səhnə versiyası sayəsində meydana çıxırlar.
255px|right|thumb|"Viorika" ansamblının ifasında Hopak Səhnə rəqsinin xarakterik xüsusiyyəti gücün, çevikliyin, qəhrəmanlığın və nəcibliyin nümayiş etdirilməsidir. Rəqsdə improvizasiyalar da olur. Bir dairədə cüt-cüt hərəkət edərək, oğlanlar çeviklikdə biri-birləri ilə yarışırlar. Qızlar onları yeni fəndləri sınamağa təşviq edir, sonra isə lirik hissəni birgə rəqs edirlər. Finalda isə hopak yenə fırtınalı, parlaq və temperamentli olur.Гопак // Сайт Kampot.org.ua Hopaqın spesifik xüsusiyyətlərinə ayaqlar və qolların müxtəlif istiqamətlərə yayılması, sıçrayaraq sanki səmada şpaqat açmaqda daxildir. left|180px|SSRİ markası: Ukrayna rəqsi Hopak (tullanış). Seriya: İqor Moyseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblı (10/II 1937-ci ildə yaradılmışdır) Səhnə versiyalarından nümunələr thumb|400px|P. P. Virski adına Ukraynanın Milli Əməkdar Akademik Rəqs Ansamblı. Donetskdə tamaşadan. 30 aprel 2006-cı il Operada Nikolay Rimski-Korsakovun "May gecəsi" operası Modest Musorqskinin "Soroçinskaya yarmarkası" operası Pyotr Çaykovski "Mazepa" operası Qulak-Artemovski, Semyon Stepanoviçin "Dunaydan kənarda Zaporojye" operası Nikolay Lısenkonun "Eneida" operası
Baletdə Sezar Puninin "Balaca Donqar at" baleti Vasili Solovyov-Sedoyun "Taras Bulba" baleti Anatoli Sveçnikovun "Marusya Boquslavka" baleti
İdman 2017-ci il mayın 25-də Ali Radanın ikinci oxunuşda "Milli idman növləri haqqında" qəbul etdiyi qanuna əsasən, Ukraynada hopak rəsmi idman növü kimi tanınır ("döyüş hopaq"). Deputatların qeyd etdiyi kimi, qanun layihəsi milli dirçəlişin inkişafına, milli-mədəni ənənələrin bərpasına və vətənpərvərlik tərbiyəsinə yönəlib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Украинский народный танец «Гопак», ансамбль «Ровесник» г. Казань Малороссийский гопак, народный танец . Запись с граммофонной пластинки «Стелла Рекордъ ». 1913(?) год Гопак . Запис із с. Лука Києва-Святошинського р-ну із колекції Ганни Миколаївни Коропниченко (youtube.com) Україниський танок «Гопак» Запис. Національний заслужений академічний ансамбль танцю України імені Павла Вірського.
Kateqoriya:Rəqslər Kateqoriya:Ukrayna rəqsləri