Leyla Əhməd (; ) — Misir-Amerika qadınşünaslıq və din üzrə alim. 1992-ci ildə nəşr etdirdiyi "İslamda Qadın və Gender" adlı kitabı ilə tanınır.Profile of Leila Ahmed Əsər ərəb-müsəlman cəmiyyətlərində qadınların mövqeyini tarixi baxımdan araşdıran öncül işlərdən biri hesab edilir. 1999-cu ildə Harvard İlahiyyat Məktəbində qadınşünaslıq və din üzrə ilk professor olub və 2003-cü ildən Viktor S. Tomas professoru adına layiq görülüb. 2020-ci ildə isə Viktor S. Tomas Tədqiqat Professoru adına yüksəlib.

Bioqrafiyası Leyla Əhməd Qahirənin Heliopolis rayonunda anadan olmuşdur. Atası orta təbəqəyə mənsub misirli, anası isə ali təbəqədən olan türk idi. Onun uşaqlığı həm müsəlman-misir dəyərləri, həm də köhnə rejim dövründə Misir aristokratiyasının liberal baxışları ilə formalaşıb. 1952-ci ildə hərbi çevrilişdən sonra ailəsi siyasi baxımdan təcrid olunub. Atası, ekoloji səbəblərə görə Əsuan bəndinin tikintisinə qarşı çıxan mühəndis idi.

Leyla Əhməd təhsilini Böyük Britaniyada, Kembric Universitetində almışdır. Daha sonra ABŞ-a köçərək orada qadınşünaslıq və Yaxın Şərq Araşdırmaları üzrə professor və direktor vəzifələrində çalışıb. 1981-ci ildən Massaçusets Universitetində dərs deyib. 1999-cu ildən Harvard İlahiyyat Məktəbində professor kimi fəaliyyət göstərir.

Baxışları Millətçilik Əhməd ərəb millətçiliyinin kəskin tənqidçilərindəndir. Öz avtobioqrafiyasında ərəb millətçiliyinin Misirdə necə süni şəkildə yaradıldığını və siyasi motivlərlə formalaşdırıldığını qeyd edir. Onun araşdırmalarına görə, misirlilərin özlərini "ərəb" kimi tanıması XX əsrin ortalarına qədər geniş yayılmamışdı. O, ərəb millətçiliyini mədəni imperializm nümunəsi kimi qiymətləndirir və bunun Yaxın Şərq və Şimali Afrikanın mədəni müxtəlifliyini məhv etdiyini bildirir.

Hicab 2013-cü ildə Əhməd hicabla bağlı araşdırmasına görə Luisvil Universitetinin Qravemeyer Din Mükafatına layiq görülüb. Əvvəllər hicaba qarşı tənqidi mövqedə olsa da, sonralar ABŞ-da bəzi müsəlman qadınların onu sosial ədalət və aktivizm simvolu kimi taxdığını müşahidə edib. O, artıq hicabın yalnız patriarxal təsirlərlə izah edilə bilməyəcəyini düşünür. Bununla belə, bəzi yerlərdə hələ də patriarxatın təsiri ilə məcburi hicab praktikasının davam etdiyini qeyd edir.

Əsərləri "Sərhəd Keçidi" 1999-cu ildə nəşr edilən bu avtobioqrafik əsərində Əhməd, Qahirədə keçən uşaqlığını, Avropa və ABŞ-dakı həyatını təsvir edir. O, nənəsinin ona öyrətdiyi İslam anlayışını "rəsmi İslam"dan fərqləndirir və bu fərqin sonradan onun "İslamda Qadın və Gender" kitabına ilham verdiyini bildirir. O, Qərbdə yaşadığı dövrdə müsəlman-misirli kimliyi ilə Qərb dəyərləri arasında tarazlıq yaratmaq çətinliyini təsvir edir.

"İslamda Qadın və Gender" Bu kitabında Əhməd, Yaxın Şərqdə qadınların yaşadığı basqının İslamdan deyil, İslamın patriarxal yozumlarından qaynaqlandığını müdafiə edir. O, İslamın inkişafı zamanı iki əsas fikir istiqamətinin yarandığını bildirir bütün insanların mənəvi və əxlaqi bərabərliyini vurğulayan etik prinsip və cinsi və gender əsaslı iyerarxiyanı normallaşdıran yanaşma.Ahmed, Leila. Women and Gender in Islam. Yale University Press, 1992, p. 66.

O, İslam doktrinasının Abbasilər dövründə kişi hakimiyyətinin təsiri altında formalaşdığını və Sasani mədəniyyətindən miras qalan patriarxal ənənələri qəbul etdiyini qeyd edir. Bununla belə, Sufi hərəkatı və bəzi mütərəqqi müsəlman filosoflarının gender bərabərliyi istiqamətində səylər göstərdiyini vurğulayır.

İstinadlar

Xarici keçidlər Ahmed's faculty profile at Harvard Divinity School Interview with Ahmed ("Muslim Women and Other Misunderstandings) at On Being (radio show) on December 7, 2006 Professor Leila Ahmed, Ph.D., speaks in the Distinguished Lecture Series March 22, 2010 A Border Passage: From Cairo to America -- A Woman's Journey, Leila Ahmed, New York: Farrar, Straus and Giroux, 1999. Profile of Leila Ahmed By Julia Lieblich, The Associated Press, August 12, 1999

Kateqoriya:Feministlər Kateqoriya:ABŞ feministləri Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Avtobioqrafiyalar