Suka və ya Bilqoray sukası () — simli-kamanlı, tarixi Polşa musiqi aləti. Hazırda onun bərpa olunmuş versiyaları mövcuddur və oynanılır.Suka | Musical Instrument Guide (with Maria Pomianowska). By Simon Broughton
Tarix
Ehtimal ki, kamanlı alətlərin mənşəyi Mərkəzi Asiyadan gəlir. Onlar təxminən X əsrdə Avrasiya boyu yayılmışdı. Polşada yerli kamanın bir növü 1545-ci ildə qeyd olunub. Polşanın ərazisindən olan bir neçə kamanlı alətlərin arxeoloji tapıntıları var. O cümlədən, Opoledə aşkar olunan XI əsrə aid olan kaman, 1948-ci ildə Qdanskda aşkar olunan XII əsrə aid olan beş simli alət və 1985-ci ildə Plotskda aşkar olunan Plotsk kamanı adlanan altı simli alət. thumb|Voytsex Gerson, akvarel (1895) Suka ilk dəfə 1888-ci ildə tarixçi, ləhcələr üzrə mütəxəssis Yan Karlovits () Wisła jurnalında Varşavada o zaman baş tutan xalq musiqi alətlərin sərgisi haqqında yazdığı məqalədə qeyd olunur. Orada sukanın istifadə olunmayan, qədim kəndistan musiqi aləti olduğundan yazılırdı. Onun mənşəyi Polşanın Kotsudza şəhərindən (öncə - Bilqoray rayonun Kotsudza kəndi) olması haqqında məlumat var. Orijinal suka günümüzə qədər çatmayıb. Hesab olunur ki, orijinal alətini görən son şəxs Kotsudzanın sakini Martsin Gilas idi. Onu bərpa etmək üçün cəhtlər göstərilib. Sukanı bərpa edənlərdən biri Yanov Lubelski şəhərindən olan Zbiqnev Butrıdır, biri isə Varşavadan olan Andrey Kuçovskidir. Onlar Voytsex Gersonun (1895) çəkdiyi sukanın akvarel rəsmini işlədiblər.Maria Pomianowska, Zespół polski, "Oj chmielu... Stare pieśni i tańce polskie", Agencja Artystyczna MTJ, Warszawa 1996. Butrının öz folk alətlərinin emalatxanası var. Onun oğlu Kşiştof isə, 2007-ci ildə Bilqoray Sukası Məktəbini yaratmışdı. Orda sukanı həm qurmağa, həm də onda ənənəvi musiqiləri çalmağa öyrədilir.
Sərəngi ifaçısı Mariya Pomiankovska da suka ilə marağlanırdı və 1990-cı illərdə onun bərpasını sifariş etmişdi. O, bu bərpa olunmuş versiyada ifa etməyi öyrənib. Daha sonra, o Mielets sukası və Plotsk kamanı kimi başqa oxşar musiqi alətlərini də bərpa etməyi çalışmışdı. 2010-cu ildən bəri, Pomiankovska Krakov Musiqi Akademiyasının Alət Şöbəsində kaman dərsləri verir. Həmin dərslərdə o, şagirdlərinə həm sukanı, həm də Plotsk kamanı çalmağa öyrədir.
Çalma üsulu
Alət çalanın çiyninə söykənib, şaquli şəkildə tutulur. Dırnaq texnikası ilə çalınır. Bu çalma üsulu haqqında məlumat XVI əsrdə alman Martin Aqrikola tərəfindən qeydə alınıb.
İstinadlar
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Polşa musiqi alətləri Kateqoriya:Belarus musiqi alətləri