Sun Yuytsi (, ; ) və ya tanınan səhnə adı ilə Uqi () – Çin müğənnisi, mahnı yazarı və rəqqası. "I-dle" qrupunun üzvüdür. 2021-ci ildə "A Page" sinql albomu ilə solo debüt etmişdir.

İlk illəri Sun Yuytsi 23 sentyabr 1999-cu ildə Çinin paytaxtı Pekində doğulmuşdur. Pekində yerləşən 101 Orta Məktəbində təhsil almışdır. "Cube Entertainment" tərəfindən Pekində keçirilmiş seçimlərə qatılmış, "CLC" qrupunun "High Heels" və "G. E. M." qrupunun "Bubble" mahnısını ifa etmişdir. O, seçimlərə keçirək "Cube Entertainment"ə qatılmışdır.

Karyerası Uqi 8 aprel 2018-ci ildə "Cube Entertainment" tərəfindən yaradılmış yeni qrupun – "(G)I-dle" qız qrupunun üzvü olduğunu açıqlamışdır. 2 may 2018-ci ildə "Latata" mahnısı ilə qrupda debüt etmişdir. 2019-cu ildə Çinin "Qaçmağa davam et" televiziya şousunda iştirak etmişdir. Həmin ilin sentyabrında Çinin "Ziyarətçilər, zəhmət olmasa diqqət yetirin" verilişinin bağlanış mahnısını ifa etmişdir.

2020-ci ilin mayında "I'm the Trend" mahnısı ilə mahnı yazarı və bəstəkar kimi debüt etmişdir. Bu mahnı "(G)I-dle" qrupunun fanatlarına həsr olunmuşdur. Qrupun ilk sinql albomu "Dumdi Dumdi" üçün çin dilində sözlər yazmışdır. 17 sentyabr 2020-ci ildə KakaoTV-də yayımlanan "Yolu öyrən" verilişin aparıcısı olmuşdur. 11 yanvar 2021-ci ildə "(G)Idle" "I Burn" minialbomunu buraxmışdır. Uqi alboma daxil olan "Lost" mahnısını yazmış və bəstələmişdir. Növbəti ay albomun əsas mahnısı "Hwaa" üçün çincə sözlər yazmışdır. 6 mayda "A Page" albomu ilə solo debüt edəcəyi açıqlanmışdır. O, 27 oktyabrda Pekində baş tutan Qış Olimpiya Oyunlarında "Salute to the Heroes" mahnısı ilə çıxış etmişdir. Uqi 2021-ci ildə Çinin bir sıra verilişlərində iştirak etmişdir.

Uqi 2021-ci ilin sonunda Cənubi Koreyaya qayıtmışdır. 14 mart 2022-ci ildə qrupunun ilk studiya albomu "I Never Die" albomuna daxil olan "Polaroid" və "Liar" mahnılarının bəstəkarı və söz yazarı olmuşdur. Həmin ilin oktyabrında buraxılmış "I Love" minialbomundakı "Reset" və "Dark (X-File)" mahnılarını bəstələmişdir. 2023-cü ilin fevralında Uqi və qrup yoldaşı Miyon "Səndən nifrət etməyi sevirəm" serialı üçün "Sweet Dream" mahnısını buraxmışdırlar. 14 dekabr 2023-cü ildə Alan Volkerlə əməkdaşlıq edərək "Fire!" sinqlını ifa etmişdir. 27 fevral 2024-cü ildə "Mənim ərimlə evlən" serialı üçün "Bad Liar" mahnısını buraxmışdır. O, 22 mart 2024-cü ildə Koreyada solo debüt edəcəyini açıqlamışdır. "Yuq1" adlı solo minialbomu 23 apreldə buraxılmışdır.

17 mart 2025-ci ildə "Radio (Dum-Dum)" adlı rəqəmsal sinqlı buraxılmışdır. 16 sentyabrda əsas sinqlı "M.O." olan "Motivation" adlı ilk sinql albomu buraxılmışdır. Alboma daxil olan "Gone" treki üçün 10 sentyabrda musiqi klipi yayımlanmışdır.

Şəxsi həyatı 190px|thumb|Uqi 2021-ci ildə. Uqi Cənubi Koreyaya 2016-cı ildə gəlmişdir. O, yüksək səviyyədə olan koreya dili bacarıqlarına görə tanınır. 2020-ci ildə TOPIK testində 5-ci səviyyəni (222 xalla) əldə etmişdir. O, Kim Su-Hyonu onun koreya dili "müəllimi" adlandırmış, "Mənim ulduzdan gələn sevgim" serialına baxaraq sonra koreya dili öyrəndiyini açıqlamışdır.

Koreya dili ilə yanaşı, ana dili olan çin dilində və ingilis dilində səlis danışmağı bacarır.

Diskoqrafiya

Minialbomlar "Yuq1" (2024)

Sinql albomları "A Page" (2021) "Grey Track" (2023)

Sinqllar

İstinadlar

Kateqoriya:Çin müğənniləri Kateqoriya:K-pop musiqiçiləri Kateqoriya:Qadın gitaraçılar