Doxan karvansarası - Qacarlar dövründə Zəncan şəhərində tikilmiş karvansara. Karvansara şəhərin tarixi mərkəzində Zəncan bazarının şərq qapısının yaxınlığında yerləşir. Bu karvansara əsasən tütün satışı üçün tikildiyinə görə "doxan" (tütün) adlanıb. Karvansaranın memarı Hacı Əliquludur. Sonrakı illərdə karvansaranın istifadəsiz qalması, 2007-ci ildə burada yanğının baş verməsi onu qəzalı vəziyyətə salıb. Hazırda karvansara daha çox anbar və dayanacaq kimi fəaliyyət göstərir.
2001-ci il oktyabrın 7-də 6169 qeydiyyat nömrəsi ilə İranın milli abidələri siyahısına salınıb.
Şəkilləri
Həmçinin bax Camalabad karvansarası Şah Abbas karvansarası (Gəncə) Şah Abbas Karvansarası (Mərənd)
İstinadlar
Kateqoriya:Zəncan abidələri Kateqoriya:Karvansaralar Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər