Böyük Hesse hersoqluğu () — Qərbi Almaniyada mövcud olmuş, Darmştadt mərkəzli dövlət. 1806-cı ildə Hessen-Darmştadt landqraflığı əsasında qurulsa da, qonşuluqdakı Hesse kürfürstlüyündən fərqlənməsi adına, 1816-cı ildə dövlətin adı Böyük Hesse və Reyn hersoqluğu () olaraq dəyidirildi.
1806-cı ildə Hessen-Darmştadt landqraflığı Müqəddəs Roma imperiyasından ayrıldı və Napoleonun yaratdığı Reyn İttifaqına qatıldı. Landqraflığın statusu böyük hersoqluğa yüksəldi və yeni torpaqlar əldə etdi. 1815-ci ildə Napoleonun məğlubiyyətindən sonra hersoqluq yeni yaradılan Alman ittifaqına qoşuldu. 1820-ci ildə konstitusiya qəbul edildi və bölgədə mühafizəkar və liberal qruplar arasında mübarizə gücləndi. 1848-ci il inqilabları əsnasında hökumət köləliyi ləğv etdi və bir çox sosial reformasiyalara imza atdı.
1871-ci ildə Almaniya imperiyasına qatılan Böyük Hesse hersoqluğunun xarici siyasətinə müəyyən məhdudiyyətlər gətirildi. 1918-ci ildə Birinci Dünya müharibəsindən sonrakı Noyabr inqilabı ilə hersoqluq ləğv edildi və yerinə Hesse Xalq Respublikası yaradıldı.
Böyük Hesse hersoqları
I Lüdovik (1806-1830) II Lüdovik (1830-1848) III Lüdovik (1848-1877) IV Lüdovik (1877-1892) Ernst Lüdovik (1892-1918)
Mənbə
Hessisches Landesamt für Geschichtliche Landeskunde, Geschichtlicher Atlas von Hessen. Marburg 1960–1978.
Vol. 1: Provinz Starkenburg Vol. 4: Statistik des Ganzen (Digitised by Hathi Trust)
Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Tarixi böyük hersoqluqlar Kateqoriya:Almaniya imperiyası