Çon Soyon (; ) və ya tanınan səhnə adı ilə Soyon – Cənubi Koreya repçisi. "I-dle" qrupunun lideri və repçisidir. "K/DA" və "True Damage" virtual musiqi qruplarında "League of Legends" personajı olan Akalini canlandırmışdır.
İlk illəri Çon Soyon 26 avqust 1998-ci ildə Seulun Qannam rayonunda doğulmuşdur. Kuryon ibtidai məktəbinə qatılmış və baletlə məşğul olaraq mükafatlar qazanmışdır. "BigBang" qrupundan təsirlənərək musiqiçi olmağa qərar vermişdir. 2017-ci ildə Çunan Universitetindən məzun olmuşdur.
Karyerası Soyon 2016-cı ilin fevralında "Cube Entertainment"in nümayəndəsi kimi "Produce 101" şousuna qatılmışdır. O, şou boyunca iddialı çıxışı ilə yadda qalmış, lakin layihənin qalib "I.O.I" qrupuna qatılmağa haqq qazana bilməmişdir. 5 noyabr 2017-ci ildə öz yazdığı "Jelly" və "Idle Song" mahnıları ilə debüt etmişdir.
11 noyabr 2018-ci ildə "Cube Entertainment" tərəfindən yaradılmış yeni qız qrupu olan "(G)I-dle" qrupunun repçisi və lideri olacağı açıqlanmışdır. O, qrupun debüt mahnısı olan "Latata" mahnısının sözləri yazmışdır. Qrupun "I Am" debüt minialbomundakı 5 mahnının yazılmasında iştirak etmişdir. Həmin il "Riot Games" Soyon və qrupun digər digər üzvü Miyona müraciət edərək "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda iştirak etməyə dəvət etmişdirlər. "K/DA" 3 noyabr 2018-ci ildə "Pop/Stars" mahnısı ilə debüt etmişdir. Soyon qrupda Akali personajını canlandırmışdır. O, 2019-cu ildə yaradılmış ikinci "League of Legends" virtual qrupu olan "True Damage" qrupunda Akalini ikinci dəfə ifa etmişdir. Qrupun debüt mahnısı "Giants" 10 noyabr 2019-cu ildə buraxılmışdır.
2020-ci ilin avqustunda "(G)I-dle"ın ilk yay mahnısı olan "Dumdi Dumdi"ni bəstələmişdir. 27 avqust 2020-ci ildə "K/DA"nın "The Baddest" və "More" mahnılarında Akalini canlandırmışdır. 2021-ci ilin fevralında "(G)I-dle" tərəfindən buraxılmış "I Burn" minialbomundakı 6 mahnının 4-nü yazmışdır. 5 iyul 2021-ci ildə ilk solo minialbomu olan "Windy" buraxılmışdır. 13 iyul 2021-ci ildə SBS MTV-nin "The Show" verilişində ilk musiqi verilişi mükafatını qazanmışdır.
Üslubu 180px|thumb|Soyon 2018-ci ildə. Soyon mahnıları üçün cizgi filmlərdən, kitablardan və seriallardan təsirlənmişdir. "Idle Song" mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən təsirlənərək yaratmışdır. "Senorita" mahnısını 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazmışdır. "Lion" mahnısını qrupun Yaponiyadakı debütü zamanı "Kral Aslan" filmi izlədikdən sonra yazmağa qərar vermişdir. "Dumdi Dumdi" mahnısı "Heyvanlar diyarı" animasiyasından təsirlənərək yazılmışdır. "Tomboy" mahnısını Kruella De Vil personajından təsirlənərək yazmışdır. "I Trust" minialbomunun konsepsiyası üçün "KonoSuba" animesindən təsirləndiyini açıqlamışdır.
Bir çox Cənubi koreya sənətçisi Soyonun yaracılığından təsirlənmişdir. "Purple Kiss" qrupundan Yuki və "H1-Key" qrupundan Hviso Soyondan təsirləndiklərini açıqlamışdır.
Diskoqrafiya
Minialbomlar "Windy" (2021)
Sinqllar
İstinadlar
Kateqoriya:Buddistlər Kateqoriya:Cənubi Koreya müğənniləri Kateqoriya:Repçilər Kateqoriya:Pop müğənnilər Kateqoriya:K-pop musiqiçiləri