"Yağışdan sonra Overdə mənzərə" (, ) və yaxud "Arabayla və qatarla mənzərə" (, ) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir.

Rəsmin tarixçəsi "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib. 1891-ci ildə Teo van Qoqun ölümündən sonra rəsm əsəri onun dul qadını Yohanna van Qoq-Bongerdə (Johanna van Gogh-Bonger) qaldı. 1919-ci ilə qədər "Yağışdan sonra Overdə mənzərə" moskvalı iş adamı və kolleksioner İvan Morozovun kolleksiyasında olmuşdur. 1919-ci ildə o, 2-ci yeni qərb rəssamlıq muzeyinə verilib. 1923-ci ildə o, 1-ci yeni qərb rəssamlıq muzeyi ilə birləşdirilib və nəticədə yeni qərb sənəti dövlət muzeyi (YQSDM) yaradılıb,1948-ci ildə onun ləğvinə qədər rəsm əsəri orada qalıb. Bundan sonra rəsm əsəri indiyədək yerləşdiyi Puşkin muzeyinə təqdim olunub.

Rəsmin təsviri Vinsent van Qoq bu mənzərə üzərində ömrünün son aylarını keçirdiyi kiçik şəhər Over-sur-Uazda çalışıb. Rəsmin mərkəzində həyat rəmzi, hərəkət, günəşin interpretasiyası kimi izah edilə bilən parlaq qırmızı-narıncı təkəri ilə diqqəti cəlb edən araba yerləşir. Tək yaşıl rəngdən deyil, həm də mavi, qırmızı və digər rəng çalarlarından istifadə etməklə, parlaq boyalarla zəmilər çəkilib. Bu mənzərə üzərində iş rəssamın bacısı Vil van Qoqa məktubunda təsvir olunub:

İstinadlar

Kateqoriya:1889-cu ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Vinsent van Qoqun rəsm əsərləri

Kateqoriya:A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi Kolleksiyası Kateqoriya:Atları təsvir edən rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər