Anar Əhmədov () — riyaziyyatçı alim, professor.

Həyatı 1976-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

Təhsili 1993-cü ildə orta təhsilini Bakı şəhərindəki 58 saylı məktəbdə bitirmişdir. Həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olmuşdur. Anar Əhmədov ali təhsilini 2000-cı ildə Kaliforniya Ştat Universitetində fərqlənmə ilə bitirmişdir.

Elmi fəaliyyəti 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsi üzrə elmlər doktoru dərəcəsi almışdır. 2001 və 2003–2004-cü illərdə ABŞ-nin UC Berkeley və Princeton universitetlərində doktorluq dərsi almışdır.

2006–2009-cu illərdə ABŞ-nin Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix Universitetində, Avstriyanın Vyana Universitetində köməkçi professor və alim kimi çalışmışdır.

Hal-hazırda ABŞ-nin Minnesota Universitetində professor kimi çalışır.

Mükafatları Simons Research Fellowship, 15 mart, 2018. Guillermo E. Borja Award for the exceptional research and scholarly accomplishments, May, 2013. Sloan Research Fellowship, 15 fevral, 2012.

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar