Jan-İv Le Drian (; ) — Fransa dövlət xadimi və siyasətçisi. 16 may 2012-ci ildən 17 may 2017-ci ilə qədər Jean-Marc Heroult, Manuel Vals, Bernard Kaznevin ofislərində Fransa Müdafiə naziri, 17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində, Fransanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.

Fəaliyyəti Jan-İv Le Drian 1973-cü ildə universiteti bitirmişdir.

1977-ci ildən 2004-cü ilədək Loriyana şəhərinin bələdiyyə müşaviri (Morbian şöbəsi);

1978-ci ildən 1991-ci ilədək və 1997-ci ildən 2007-ci ilə qədər isə Morbihan şəhərində Fransa Milli Məclisinin deputatı olmuşdur;

1981–1998-ci illərdə Loriyana meri (Morbian şöbəsi) vəzifəsində çalışmışdır;

1983–2004-cü illərdə Loriyana aqlomerasiya icmasında üzv olmuşdur;

1991-ci ildən 1992-ci ilədək Dəniz İşləri üzrə Dövlət Katibi, Fransanın Mənzil və Nəqliyyat naziri olmuşdur;

1993-cü ildə Fransanın Təhsil fəxri ümumi müffətişi, 1994–2004-cü illərdə Biritaniyanın regonial müşaviri vəzifəsində çalışmışdır;

2004–2012-ci və 2015–2017-ci illərdə Britaniyanın Regonial Şurasının sədri;"Monsieur Jean-Yves LE DRIAN" Le Trombinoscope 29 may 2008, Fransız dilində bioqrafik baza

2005-ci ildə isə Regonlar Komitəsinin Fransız heyətinin sədr müavini təyin olundu, bu komitənin Bürosuna üzv oldu;

2010-cu ildə Avropanın Periferik Dəniz Bölgələrinin (CPMR) Konfransının prezidenti seçilmişdir;

16 may 2012-ci il və 17 may 2017-ci ildə Fransa Müdafiə naziri;

2017-ci ildə prezident seçkilərinin ilk turunda Emmanuel Makronun namizədliyini dəstəkləyib;

17 may 2017-ci ildən etibarən Eduard Flippinin ofisində Fransa Xarici İşlər və Beynəlxalq Əmakdaşdlıq naziri vəzifəsində.

2017-ci ildə Fransa Sosialist Partiyasının və Fransa Böyük Şərqinin üzvü olmuşdur.Les influences de la franc-maçonnerie sur les décisions de François Hollande

2021-ci ilin noyabrında "Le Monde" qəzetinə verdiyi müsahibədə Jan-İv Le Drian barmağını Çin və Rusiyaya işarə edərək, Afrika ölkələrini ağırlaşdıran iqtisadi yırtıcılıqdan narahatlığını ifadə etdi. Avropalılar nəyin bahasına olursa-olsun Afrika qitəsi ilə münasibətlərini yenidən qurmalı olan Jean-Yves Le Drian, "Rəqiblərimizin heç bir tabu və ya məhdudiyyəti yoxdur" dedi.

Mükafatlar : 40px Grand Cross (2015) İsabella Katolik Ordeni : 40px Grand Cross (2017) Almaniya Federativ Respublikasının mükafatı : 40px Grand Cordon (2017) Misir Respublikasının Mükafatı

Həmçinin bax Normandiya dördlüyü Vladimir Putin Anqela Merkel Emmanuel Makron Fransua Olland Petro Poroşenko

İstinadlar Kateqoriya:Normandiya Kateqoriya:Xarici işlər nazirləri Kateqoriya:Fransa Milli Məclisinin deputatları Kateqoriya:Fransa şəhərlərinin merləri