Darxan Kuandık oğlu Kıdırali () — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir.

Həyatı Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb.

Fəaliyyəti 2001-2005 - Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetində aparıcı mütəxəssis-tədqiqatçı, baş katib, şöbə müdiri, idarə rəisi, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2005-2006 - L.Gumilyov adına Avrasiya Milli Universitetində dosent, 1-ci dərəcəli aparıcı mütəxəssis-tədqiqatçı; 2006-2007 - Qazaxıstan Respublikası Prezident Administrasiyası Mədəniyyət Mərkəzinin direktor müavini; 2007-2008 - Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyində nazir müşaviri; 2008-2009 - Qazaxıstan Respublikası Prezident Administrasiyasında ekspert, idarə rəisi; 2009-2012 - Qazaxıstan Respublikası PrezidentAdministrasiyasında mətbuat katibinin müavini; 2012-2014 – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibinin müavini; 2014-ci ildən indiyədək Beynəlxalq Türk Akademiyasının Prezidentidir. 29 iyun 2015-ci il tarixindən Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının Katibliyinə sədrlik edir. Eyni zamanda, həmin Birliyin qurulmasında önəmli töhfələri olub. 2015-ci ildə UNESCO-nun Parisdəki iqamətgahında "Dədə Qorqud irsi və Türk Dünyası" mövzusunda beynəlxalq tədbiri, 2016-ci ildə isə Nyu-Yorkda, BMT-nin qərargahında “2030 gündəliyi: İpək Yolu Sinerjisi” mövzusunda Beynəlxalq simpoziumu təşkil edib. 2016-ci ilin iyun ayındanindiyədək “Egemen Qazaxıstan” rəsmi dövlət qəzeti İdarə Heyətinin sədridir.

Ailəsi Evlidir, dörd oğlu, və bir qızı var.

Elmi fəaliyyəti Mustafa Çokay. Ankara, 2001. Tarazın Tarixi. Taraz, 2005. Türk xalqalarının ədəbiyyat tarixi (kollektivmonoqrafiya). Türküstan, 2005. Mustafa Çokay. Astana, 2007. Böyük Türküstan. Astana, 2008. Adımı İnsan qoyunca... Astana, 2008. Müqəddəs Yer. Astana, 2009. Mustafa. Astana. 2012. Bengü Daş. Almatı, 2015

Mükafatlar Qazaxıstan Respublikası "Darın" Gənclər mükafatı (2008); Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı (2010); Türkologiya sahəsindəki uğurlarına görə “Kültegin” mükafatı (2014); TÜRKSAV-ın "Türk Dünyasına Xidmət" mükafatı (2015); "Yeni Türkiyə" Strateji Araşdırmalar Mərkəzinin "Türk Tarixi v əMədəniyyətinə xidmət" qızıl medalı (2015);. “Qazaxıstan Xalqı Assambleyasının 20illiyi” yubiley medalı (2015); MDB Parlament Assambleyası Şurasının "Mətbuat və informasiyaya xidmət" mükafatı (2016); İpəkyolu Strateji Araşdırma Mərkəzi və İpək Yolu jurnalının təyinetdiyi “İlin Altın Adamı” beynəlxalq mükafatı (2016); Macarıstanın “Şərəf” Ordeni (2017); Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni (2017); "İnformasiya sahəsində ən yaxşı" mükafatı (2017).

İstinadlar

Xarici keçidlər http://www.akorda.kz/kz/events/akorda_news/meetings_and_receptions/memleket-basshysy-halykaralyk-turki-akademiyasynyn-prezidenti-darhan-kydyralini-kabyldady http://e-history.kz/kz/project/view/3?type=publications&material_id=1103/ https://baq.kz/kk/news/terezemiz_ten/buu-da-simpozium-otti-82502/ http://twesco.org/ru/news/glava_akademii_nagrazhden_ordenom_vengrii/ http://www.inform.kz/ru/prezident-azerbaydzhana-nagradil-darhana-kydyrali-ordenom-dostlug_a3106911/

Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:Qazaxıstan alimləri Kateqoriya:Qazaxıstan tarixçiləri Kateqoriya:İstanbul Universitetinin məzunları