Vəlizadə İlqar Maqsud oğlu () — azərbaycanlı politoloq və jurnalist.
Həyatı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhəri 6 nömrəli məktəbi bitirmişdir. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Diplom işini İqtisadi və Sosial Coğrafiya kafedrasında müfadiə etmişdir.
1996–2000-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun aspirantura pilləsində təhsil almışdır. AAK-ın 2022-ci ilin 3 fevral tarixli qərarıyla iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2009-cu ildə "Novosti" Beynəlxalq Mətbuat mərkəzini nəzdində "Cənubi Qafqaz" politoloqlar klubunu təsis edib.
Fəaliyyəti
Əmək fəaliyyəti 1994–1996-cı illərdə "Xalq üçün mallar" Azərbaycan Respublikasının Dövlət Konsernində mühəndis, Azərbaycan Respublikası Toxuculuq və Yüngül Sənayesi İşçiləri Həmkarlar İttifaqının Nəzarət-Təftiş Komissiyasının üzvü olmuşdur. 1996–2002-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya Departamentində sosioloq, redaktor, şöbə müdiri vəzifələrində calışmışdır. 2002–2007-ci illərdə "Publicity" PR agentliyinin müdiri, Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası İctimai Birliyinin icraçı direktoru, "Professional" ictimai-siyasi jurnalının təsisçisi və baş redaktoru olmuşdur.
Jurnalistika fəaliyyəti 2007–2014-cü illərdə RİA Novosti Rusiya Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan Respublikasındakı Filialı nəzdində "Novosti" Beynəlxalq Mətbuat mərkəzinin rəhbəri, 2010–2011-ci illərdə RİA Novosti Rusiya Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri vəzifəsini icra etmişdir.
2015–2025-ci illərdə "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzinin rəhbəri vəzifəsində calışmışdır. 2025-ci ildən "Publicity" MMC-nin müdiri vəzifəsində calışır, elmi və tədqiqat fəaliyyəti ilə məşqul olur.
Təltifləri 2021-ci ildə Özbəkistan Respublikası prezidenti tərəfindən Özbəkistan Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün görülən işlərinə görə "Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi" medalıyla təltif olunub.
Əsərləri Этно-территориальный кризис : на пороге третьего тысячелетия: мировой опыт. Баку :Publicity, 2002В Баку издана книга "Центральная Азия и Южный Кавказ: интеграционные процессы в сердце Евразии
Все права защищены. Используйте активную ссылку на inform.kz http://www.inform.kz/ru/v-baku-izdana-kniga-central-naya-aziya-i-yuzhnyy-kavkaz-integracionnye-processy-v-serdce-evrazii_a2332895 Центральная Азия и Южный Кавказ : интеграционные процессы в сердце Евразии Портрет на фоне эпохи — Вели Ахундов
İstinadlar
Kateqoriya:Azərbaycanın jurnal təsisçiləri