Rzayev Həbib Allahverdioğlu () — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru.
Həyatı Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır.
Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir.
Fəaliyyəti Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır.
Mükafatları Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur.
Mənbə Naxçıvan Ensiklopediyası (Bakı–2002)
İstinadlar
Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Naxçıvan MSSR prokurorları Kateqoriya:Şərur rayonunun prokurorları Kateqoriya:Kürdəmir rayonunun prokurorları