Şorsu yaşayış yeri — Naxçıvançayın sol sahilində, Sirab kəndinin cənub-qərbindəki təpə üzərində qeydə alınmışdır. Mədəni təbəqənin qalınlığı 15-20 sm-dir.Baxşəliyev V. Kültəpə ətrafındakı eneolit abidələrinin arxeoloji tədqiqi. AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, 2017, №3, s. 117-125. 2014-cü ildə V.Baxşəliyevin rəhbərliyi ilə 10x10 metrlik sahədə arxeoloji qazıntı aparılarkən düzbucaqlı tikili qalıqları, saxsı nümunələri və az miqdarda obsidian və çaxmaqdaşından hazırlanmış alətlər aşkar edilmişdir.Baxşəliyev V., Marro C., Berthon R., Quliyeva Z., Sarıaltun S. Kültəpədə arxeoloji qazıntılar (2013-2016). Bakı: Nurlan, 2017 164 s. Əsasən saman qarışıqlı gildən hazırlanan keramika məmulatı qırmızı, bəzən də qəhvəyi rəngdə bişirilmişdir. Onlar silindirik və qıfşəkilli boğaza malik olan küpələr, konusvari və silindirik-konusvari kasalarla təmsil olunur. Qabların bəzisinin ağzının altı cərgəli şəkildə dairələrlə deşilmişdir.

İstinadlar

Kateqoriya:Babək rayonunun qədim yaşayış yerləri