() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Bitkinin vətəni Çindir. Yaponiyada və Koreyada da yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 7 m-ə çatan, dağınıq yumurtavari çətirə, çəhrayı rəngli, hamar qabıqlı gövdəyə və budaqlara malik ağac və ya koldur. Yarpaqları ellipsvari, hamar, dərivari, parlaq və əlvan-yaşıl, uzunluğu 4-8 sm, payızda sarımtıl-qırmızı rəng alır. Çiçəkləri iridir, əlvan-çəhrayı, tünd mavi, bəzən ağ rəngdə olub, iri süpürgə çiçək qrupunda toplanmışdır. İyunun sonundan oktyabrın əvvəllərinə qədər kütləvi çiçəkləyir. Bu zaman olduqca dekorativ görünür. Meyvəsi 6 toxumlu yumru qutucuqdur. Hindistan lagerströmiyasını çox vaxt "Hindistan yasəməni" adlandırırlar, ancaq əsl yasəmən və lagerströmiya müxtəlif fəsilələrə və sıralara aiddir.
Ekologiyası Şaxtaya davamlıdır, yayın yüksək hərarətində və quraqlıq dövrlərdə çiçəkləmə azalır.
Azərbaycanda yayılması Bakı və Abşeronun yaşıllaqlarında geniş istifadə olunur.
İstifadəsi Dekorativ bitkidir, park tərtibatında istifadə edilir. Cövhəri kosmetik məqsədlərlə tətbiq edilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1759-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Yaponiya florası Kateqoriya:Nepal florası