Bobbi Andonov (, ; ) — Makedon əsilli Avstraliya müğənnisi, bəstəkar və model.

Həyatı Bobbi Andonov 29 avqust 1994-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Melburn şəhərində anadan olmuşdur. Andonovun hər iki valideyni Makedoniya Respublikasının Strumitsa şəhərindəndirJonathon Moran and Elle Halliwell, "Australia's Got Talent star Bobby Andonov has secret past life," The Daily Telegraph, 16 may 2010.. Bobbi altı yaşından bəri oxuyur və eyni zamanda rəqslə məşğul olur. Müğənni müsahibələrindən birində musiqiyə Prins və Corc Maykldan ilhamlandığını bildirmişdir. Bobbi eyni zamanda piano və gitarada ifa etməyi kiçik yaşlarından öyrənmişdir.

Musiqi karyerası Bobbi Andonov 14 yaşında ikən ana vətəni olan Makedoniya Respublikasını 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil etmiş və 15 iştirakçı arasında 5-ci yerdə qərarlaşmışdırDavid Knox, "Bobby Andonov at Junior Eurovision," TV Tonight, 16 may 2010.. Müsabiqədə özünün bəstələdiyi və ifa etdiyi "Prati mi SMS" mahnısı ilə əsasən Balkan ölkələrində şöhrət qazanan Andonov müsabiqənin ardınca həmin ölkələrdə turlar həyata keçirmişdir. 2010-cu ildə gənc müğənni Avstraliyanın böyük məharət yaraşması olan "Australia's Got Talent"-da iştirak etmişdir. Müsabiqənin final mərhələsinə qədər yüksəlməyə nail olan Andonov müsabiqədə Leonard Koenin "Hallelujah", Kanye Uestin "Heartless" mahnılarını müxtəlif versiyalarda səsləndirmişdir.

2014-cü ildə Bobbi Andonov Robert Kuterin "The Dream Children" filmi üçün iki mahnı bəstələmişdir. O eyni zamanda Afrojack, Avstraliyalı DJ Coel Fletçer və 2015 X Factor Avstraliyanın qalibi Sirus Villanuevaya mahnılar yazmışdır.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Apartment" 2017 "Faithful" 2018 "Smoke"

İstinadlar

Kateqoriya:Avstraliyada doğulanlar Kateqoriya:Avstraliya müğənniləri Kateqoriya:Şimali Makedoniya müğənniləri Kateqoriya:Hollywood Records artistləri