250px|thumb|200cü ildə Osroena dövlətinin ərazisi Osroena (ingiliscə: Osroene; yunanca: Όσροηνῆ; suriyanca: ܡܠܟܘܬܐ ܕܒܝܬ ܥܣܪܐ ܥܝܢܐ Malkuṯā d-Bēt ʿŌsrā ʿĪnē) – eramızdan əvvəl 132-ci və 244-cü illər arasında mövcud olmuş və İkiçayarasının ərazisində yerləşmiş qədim Suriyanı dövlət. Tarixdə xristianlığı rəsmi din kimi qəbul edən ilk dövlət olmuşdur. Eyni zamanda paytaxtı olmuş Edessa (müasir Türkiyədə yerləşən Şanlıurfa) şəhərinin adı ilə də tanınır.

E.ə. 132-ci ildə, ərəb əsilli sülalənin başçılığı altında, Osroena öz istiqlaliyyətini Selevkilər İmperiyasından qazanmışdır. Osroenanın hökmdarları əsasən Əbqar və Manu adlarını daşımış və mərkəzi ərazilərdə yaşayan ərəb şeyxləri olmuşlar. Osroena adı eramızdan əvvəl 120-ci ildə bu ərazini Suriyalı Selevkilərdən ələ keçirmiş ərəb şeyxi Osroesin adı ilə əlaqəlidir.

Qədim rəvayyətə əsasən, Edessalı V Əbqar İsa peyğəmbərin 72 tələbəsindən biri olan müqəddəs Faddey tərəfindən xristianlığa çevrilmişdir. 201-ci ildə IX Əbqar hakimiyyəti zamanında Osroena artıq tarixdə ilk xristian dövləti kimi tanınmışdır.

Osroenanın hökmdarları Əryu (e.ə. 132 – e.ə. 127) Əbdü bər Məzur (e.ə. 127 – e.ə. 120) Frədhəşt bər Gebaru (e.ə. 120 – e.ə. 115) I Bəkru bər Frədhəşt (e.ə. 115 – e.ə. 112) II Bəkru bər Bəkru (e.ə. 112 – e.ə. 94) I Manu (e.ə. 94)

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xristianlıq Kateqoriya:Türkiyə tarixi Kateqoriya:III əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Qədim Ermənistan Kateqoriya:Roma imperiyasının əyalətləri Kateqoriya:Tarixi krallıqlar