Fransua Buşe (; ) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur.

Həyatı Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Rəssam yaradıcılığında mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. O, fəaliyyəti dövründə bir sıra fəxri adlarla təltif edilmişdir. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı. Mütəmadi olaraq Madam de Pompardur və kralın sarayında, o cümlədən Paris malikanələrində dekorasiyanın zənginləşdirilməsi yönümlü işlərə cəlb olunmuşdu. Rəssam həm də XV Lüdovikin çoxsaylı portretlərini çəkib. Bunun nəticəsində kralın sevimli rəssamlarından birinə çevrilib. Ömrünün son illərində kral rəssamlıq və heykəltəraşlıq akademiyasında direktor olmuş, "kralın birinci rəssamı" adı ilə tanınmışdır.

Yaradıcılığı Rəssamın zəngin təxəyyülü və yaradıcılıq istedadı mifoloji süjetli əsərlərində də öz əksini tapır. Mifoloji təsvirlərin fonunda antik tikililər göstərilirdi. Bu rəsmlər parlaq rəng qamması, kompozisiyadaki səhnələrə verilən effektlər, sərbəst rəssam manerası ilə seçilirdi. Yaxmaların işlənməsindəki dinamika Buşe yaradıcılığını səciyyələndirən cəhətlərdən biridir. Buşe teatr tamaşaları və operalar üçün dekorasiyalar hazırlayırdı. Həmçinin, qobelenlərin düzəldildiyi Bove manufakturası üçün təsvirlər çəkirdi. Bu təsvirlər iki ayrı-ayrı hissə təşkil edirdi: "İtalyan kənd bayramları" (1736), "Nəcib çoban" (1755). Bu gün Kaliforniyanın San-Marino ştatında kolleksiyalarda saxlanmaqdadır. Buşenin Molyer və digər məşhur yazıçıların əsərlərinə çəkdiyi illütrasiyalar da diqqətəlayiqdir. "Paris qışqırıqları" adlı illüstrasiya silsiləsi də maraqlı işlərdən biridir.

Rəssamın əsərləri Emalatxanada rəssam (avtoportret)- Luvr, Paris Diana ovdan sonra- Konyak-Je muzeyi, Paris Herkules və Omfala- A. S. Puşkin adına incəsənət muzeyi, Moskva Vulkandan Eneya üçün silah istəyən Venera- Luvr, Paris Mari Byuzonun (rəssamın arvadı) portreti Avropanın istilası- Volles Kolleksiyası, London Rinaldo və Armida- Luvr, Paris Pana trimufu- milli qalereya, London Səhər yeməyi- Luvr, Paris Veneranın doğulması- Milli muzey, Stokholm Veneranın trimufu- Milli muzey, Stokholm Leda və Qu quşu- şəxsi kolleksiya Yuyunmadan sonra dincələn Diana- Luvr, Paris Kupidonun təlimi- Şarlottenburq muzeyi, Berlin Landşaft peyzajı- A. S. Puşkin adına muzey, Moskva Yupiter və Kallisto- A. S. Puşkin adına muzey, Moskva Madam Berjerenin portreti Yay pastoralı Amuru təsəlli edən Venera- Milli incəsənət qalereyası, Vaşinqton Dəyirman- Luvr, Paris Madmazel O`Merfinin portreti- Köhnə pinakotek, Münhen Gün batımı- Volles kolleksiyası, London Günəşin doğulması- London Veneranın Vulkana gəlişi- Volles kolleksiyası, London Markiz de Pompardurun portreti- Köhnə pinakotek, Münhen Veneraya Eneyə aparması üçün silah verən Vulkan Вулкан- Luvr, Paris

Əsərlərindən reproduksiyalar

Mənbə

Həmçinin bax

Kateqoriya:Fransa rəssamları Kateqoriya:Erotik incəsənət xadimləri