Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: ) — azərbaycanlı teatr və kinoaktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2007).
Həyatı Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.
D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər.
Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır.
"SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
İki övladı var: Aytən (1994) və Banu (2007).
Xalq artistləri Elmira İsmayılova və Vidadi Əliyevin gəlinidir, Vüsal Murtuzəliyevin bacısıdır.
16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Generalın son əmri Qız nəvə 19 sentyabr 2014 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu
Filmoqrafiya Gəlinlər Bəylik dərsi və ya keçmişdən gülməcələr... Cavid ömrü Məhəllə Məhəllə 2 Moskvada Mürafiə vəkillərinin hekayəti Yumurta Sirr Sübhün səfiri 3 bacı (rol: Səadət; özü) 100 kağız Qaynanamız Hoqqa Baldız
Məhəllə 3 Əfsanə Qayıdır Yuxu kimi — Əsmər Ölülər XXI əsr — Mərziyyə 5 Betər — Südabə Qaratikan — Narınc Geri Dönənlər — Cahan Cin Atı — Xilafə İkinci Bahar — Bahar Kəndimizin monikası - Monika İşdə məhəbbət macərası - Məhəbbət
Kitablar
Dilarənin monoloqları - "Söhbət var" verilişindəki stəndapları əsasında ssenarist-produsser Fariz Əliyev tərəfindən qələmə alınıbhttps://alinino.az - Dilarənin monoloqları. İstifadə tarixi: 31 yanvar 2026.. Kitabda məşhur səhnə simalarının müxtəlif mövzular haqqında fikirlərinə yer verilibhttps://bakubookcenter.az - “Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olunub. İstifadə tarixi: 1 fevral 2026..
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan komediyaçıları