Əli Əlizadə () — Azərbaycan bəstəkarı.
Həyatı Əli Aqşin oğlu Əlizadə 24 sentyabr 1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (Fərəc Qarayevin sinfi, 1985). Azərbaycan İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasında çalışıb (1987-1999). 1999-cu ildən Türkiyənin Van şəhərində "Yüzüncü Yıl Universiteti"ndə dərs deyir. Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində 1-ci mükafata (1985), Bakıda BMT-nın təşkil etdiyi Respublika Bəstəkarlıq Musabiqəsində əsas mükafatlardan birinə (1998) layiq görülüb.
Əsərləri piano üçün "aşıq havası" "2 küpəgirən qarı" (uşaqlar üçün müzikl) 5 alət üçün "qədim səslər", "bütün suallara cavab" 16 ifaçı üçün "serenata dolore" və S.
Ailəsi Bəstəkar Aqşin Əlizadənin oğludur.
Filmoqrafiya Kiçik leytenant (film, 1996)
İstinadlar
Kateqoriya:Azərbaycan film bəstəkarları