Ordubadçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda çay. Arazın sol qolu.

Haqqında Ordubadçayın uzunluğu 24 km, hövzəsinin sahəsi 42 km²-dir. Zəngəzur silsiləsindən (3200 m hündürlükdən) başlanır. Şimaldan cənuba doğru Ordubad şəhərini iki hissəyə bölür. Əsasən, yeraltı sular və qar suları ilə qidalanır. Sel və daşqın olur. Suvarmada geniş istifadə edildiyindən ilin çox vaxtı Ordubad şəhərindən aşağı axın olmur.

İstinadlar

Kateqoriya:Ordubad rayonu Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları Kateqoriya:Arazın qolları