Plovtəpə — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Uzunoba su anbarından 500 m qərbdədir. Hündürlüyü 1036 m-dir. Plovtəpə – Babək rayonu ərazisində dağ (hünd. 1036,3 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Naxçıvan şəhərindən 4,6 km şimalda, Uzonoba su anbarının qərb sahilindədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda iştirak edən Duzdağ sinklinalının geniş cənub-şərq qanadında yerləşir.

Həmçinin bax Plovtəpə yaşayış yeri Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu dağı Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri Kateqoriya:Babək rayonu