thumb Zəligöl — Azərbaycanın Göygöl rayonu ərazisində yerləşən göl. Göl yüksək subalp cəmənlikləri ərazisində yerləşir. Bütünlüklə su bitkiləri ilə örtülmüşdür. Bu isə əraziyə bir çox su quşlarını cəlb edir (vağlar, çüllütlər və ördəklər). Gölün bu cür adlanmasına səbəb onu ərazisində çoxlu sayda zəlinin olmasıdır.
Zəligöl şirin sulu, axarlı göldür. Murovdağ silsiləsinin şimal yamacında, Göygöldən 1,5 km. cənubda, 1000 m. yüksəklikdə yerləşir. Xocavənd rayonunda da eyniadlı göl var.
İstinadlar
Kateqoriya:Göygöl rayonunun gölləri