Xok dağı – Kəngərli rayonu ərazisində dağ (hünd. 1063,2 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzində yerləşən Böyükdüzün şimal hissəsində, eyniadlı kənddən 6 km-dək cənub-şərqdədir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, erozion-denidasion mənşəli yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən Xok antiklinalının cənub-şərq qanadında yerləşir.

Həmçinin bax Maparax Elti dağı Ağaverdi dağı

İstinadlar

Kateqoriya:Kəngərli rayonunun dağları